Dəb
Mart ayının əsas trendi - NƏNƏSAYAĞI JAKETLƏR - FOTO
Uzun, qalın və enli jaketlər mart ayının trendi olacaq.
Publika.az xəbər verir ki, nənəsayağı jaketlər yaz qarderobunun əsas bəzəyi olmağa hazırlaşır. Daha çox payız aylarında üstünlük verdiyimiz jaketlər 2018-ci ilin əvvəllərində bizi keçmişə aparacaq. Yaşlı nənələrin daha çox bəyəndiyi işləməli, əlvan naxışlı, daşlı, düyməli, yaxud toqqalı v' yun saplardan hörülmüş jaketləri sandıqlardan çıxartmağa hazır olun. Keçmişdə "Geyinmərəm" dediyimiz nənəsayağı jaketlər indidən bir çox dəb blogerlərinin ürəyinə yol tapıb. Hazırda böyük düyməli və boş modellər daha aktualdır.
Nənəsayağı obrazlar şıqlıq və dəbdən uzaq olsa da, boş jaketlərin dar cinslər və qələm yubkalarla vəhdəti olduqca effektli görünür. Belə mükəmməl uyğunluğa laqeyd qalmaq mümkün deyil. Əgər jaketin sıxıcı təsirini azaltmaq istəyirsinizsə, onda yaxasına bəzəkli sancaqlar əlavə edin. Bununla dəstinizə retro havası qatmış olacaqsınız.
Toxunma paxlava naxışları dəbdə olsa da, daha şən görünmək istəyən gənc nəsil üçün üzərində etnik, milli və gül naxışları olan versiyaları da xüsusi diqqətə layiqdir. Belə jaketləri istənilən markalarının yaz-yay kolleksiyalarından əldə etmək mümkündür.
Aytən
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı


















.jpg)






.jpg)














