Dəb
Məşhur modellər Azərbayacanda podiuma çıxdı - FOTO
Çağla Şıkel, Özge Ulusoy, Vilma Elles, Tuba Melis Türk, Ege Begüm Yücetan, Şəbnəm Şefer, Mərvə Büyüksaraç, həmçinin Günay Musayeva dünən Bakının qonağı olub.
Publika.az xəbər verir ki, məşhur modellər Azərbaycana bir moda evinin dəfiləsində çıxış etmək üçün gəlib. Türkiyəli modellər podiumda dizaynerlərin 2018 yaz-yay məhsullarını nümayiş etdirib.
Çağla Şikel, Vilma Elles və Özge Ulusoy mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Onlar qardaş ölkə Azərbaycanda olduqları üçün çox xoşbəxt olduqlarını deyib. İlk dəfə Bakıya gəldiyini bildirən Çağla Şikel təşkilatçılardan çox razı qaldığını deyib:
“Atam əslən azərbaycanlıdır. Burada insanların söhbətlərini eşidəndə həmişə nənəm yadıma düşür".
Özge Ulusoy isə Bakının gözəlliyinə heyran qaldığını deyib:
“Bakı çox gözəl şəhərdir. Bizi də çox sevirlər. Biz də onları çox sevirik".
Modellər geyimləri təqdim etdikdən sonra dəfilə xalq artisti Faiq Ağayevin ifası ilə yekunlaşıb.
Podiumlarda bir neçə dəfə qəza nəticəsində yaxası açılan və sinəsi görünən Günay Musayeva sinə dekoltesi ilə diqqət mərkəzində olub. Günay Musayeva podiumda olarkən çıxılmaz vəziyyətə düşdüyünü etiraf edib: "Sona yaxın kiçik problem yarandı. Ayaqqabılarım sürüşməyə başladı. Amma hər şey yaxşı bitdi. İştirakçılara təşəkkürümü bildirirəm".
Aytən
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı


















.jpg)






.jpg)














