Dəb
Baharın trendi: Futuristik eynəklər - FOTO
Cici və Bella Hadid bacılarının ən çox istifadə etdiyi kiçik və sivri çərçivəli eynəklər yaz-yay aylarının bir nömrəli trendidir.
Publika.az xəbər verir ki, “Matriça” filminin qəhrəmanlarının taxdığı eynək modelləri bu il olduqca aktualdır. Stilistlər də bu aksessuarı "ən effektli" nominasiyasının qalibi müəyyən edib. 2018-ci ilin yaz-yay kolleksiyalarının demək olar ki, hər birində kiçik çərçivəli eynəklərə rast gəlmək olar.
Stilistlər məsləhət görür ki, üzün yarısını örtən iri çərçivəli eynəklərlə bir neçə mövsümlük vidalaşaq. Böyük eynəkləri yalnız iki halda istifadə etmək olar: ya sizi heç kimin tanımasını istəməyəndə, ya da makiyajsız küçəyə çıxanda.
90-cı illərin eynək modelini yenidən dəbə “Balenciaga” brendinin kreativ dizayneri Demna Qvasaliya gətirib. Onun kolleksiyasındakı dar çərçivəli eynəklərin rəngli kolqotqalar və iri sırğalarla vəhdəti 1990-ci illərə açıq istinad idi.
Hadid bacılarından savayı dar çərçivəli eynəklərin əsas pərəstişkarlarına Rianna, Kaya Gerber, Kara Delevin, Rita Ora, Kendal Jenner, Beyons və başqalarını misal göstərmək olar.
Ola bilsin ki, bu modeli gözləri gündən qoruyan ideal eynək adlandırmaq olmaz. Buna baxmayaraq, modapərəstlər arasında olduqca aktualdır.
Balaca, dar çərçivəli eynəklərin yeganə çatışmazlığı odur ki, xırda şüşələri gözləri günəşin yandırıcı şüalarından müdafiə etməyəcək. Əvəzində isə futuristik eynəkləri yaz aylarında taxmaq və nə ilə desən birləşdirmək olar.
Aytən
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız

























.jpg)














