Dəb
Moda aləminə AĞIR İTKİ - FOTO
Dünya şöhrətli dizayner, “Givenchy” brendinin banisi Yuber de Jivanşi 92 yaşında vəfat edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, əfsanəvi modelyer Jivanşi ötən şənbə yuxuda öz evində dünyasını dəyişib. Modelyerin şəriki Filipp Venenin bəyanatında qeyd edilib ki, dəfn mərasimi çox dar dairədə keçiriləcək.
Məlumat üçün bildirək ki, Yuber de Jivanşi “Givenchy” moda evinin əsasını 1952-ci ildə qoyub. Onda dizaynerin 25 yaşı var idi. O, daha üç onillik ərzində yaratdığı “Givenchy” brendinə başçılıq edib.
Jivanşi “Tiffanidə Səhər yeməyi” filmində Odri Hepbern üçün tikdiyi əfsanəvi libas sayəsində məşhurlaşıb. Sonralar o, Qreys Kelli, Qreta Qarbo, Marlen Ditrix, İnqrid Berqman, Jaklin Kennedi kimi stil ikonalarının qırmızı xalça çıxışları üçün təkrarolunmaz paltarlar hazırlayıb.
Yuber de Jivanşi ilklərdən biridir ki, pret-a-porte xəttini moda tamaşaçılara və tələbkar müştərilərə təklif edib.
Son 23 ildə dizayner öz brendində artıq işləmirdi, o, ailə və səhhəti ilə məşğul olub. Yuber de Jivanşi kreativ dizayner vəzifəsindən gedəndən sonra məşhur moda evində Aleksandr Makkuin, Rikardo Tişi və Col Qalyano çalışıb. İndi əfsanəvi brendin kolleksiyalarını Kler Ueyt Keller hazırlayır.
Aytən
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız

























.jpg)














