Dəb
Yazın danılmaz trendi: Zolaqlı pijamalar - FOTO
Üfüqi və şaquli zolaqlı paltarlar bu yaz populyarlığının zirvəsini yaşayacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Louis Vuitton”, “Escada”, “Max Mara”, “3.1 Phillip Lim”, “Sonia Rykiel”, “Jason Wu”, “Fendi” kimi moda evləri yaz-yay kolleksiyalarında zolaq naxışlarına geniş yer verib. Demokratik brendlərin mövsümi kolleksiyalarında da zolaqlı geyimlər o qədər təqdim olunub ki, belə müxtəliflik yalnız bir sual doğurur: Onu necə və nə ilə kombinləməli?
Yubka və bluzlar
.jpg)
Paralel xətli paltarlar bu yaz ən zərif geyim kateqoriyasına daxil olub. Odur ki, mövsüm alış verişində üstünlüyü romantik bluzlar və paralel cizgili midi yubkalara verin. İkisini birlikdə kombin edin və rəfiqələriniz arasında əsas modapərəst adına siz layiq görülün.
Kənarı zolaqlı şalvarlar
.jpg)
Hərbiçi uniforması kimi yan hissələrində kontrast zolaqlı şalvarlar son dövrlərin trendlərindən biridir. Onların incə köynəklərlə uyğunlaşdırın. Ayaqqabıda hər hansı məhdudiyyət yoxdur, onlar həm idman, həm də hündür daban ayaqqabılarla uzlaşır.
Zolaqlı pijama
.jpg)
Belə görünür ki, pijama trendi öz mövqelərini əldən vermək istəmir. Yataq üzlərini yada salan zolaqlı kostyumlar yaz qarderobunun danılmaz və mütləq trenidir. Əgər siz yaxın vaxtlarda məzuniyyətə getməyə hazırlaşırsınızsa, onda çamadana özünüzlə rahat zolaqlı kostyumlar götürün. Zolaqlı pijama kostyumları işgüzar ofis stili üçün çox əlverişlidir. Bu səbəbdən də onları rədd etməyin.
Aytən
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)











