Dəb
Monika Belluççi pərəstişkarlarını HEYRAN ETDİ – FOTO
53 yaşlı aktrisa Monika Belluççi növbəti dəfə pərəstişkarlarını özünə heyran qoyub.
Publika.az xarici mətbuat istinadən xəbər verir ki, artist dünən Romada David di Donatello kino mükafatlarının təqdimetmə mərasimində iştirak edib. Təntənəli tədbir üçün aktrisa “Balmain” moda evindən qara zərli parçadan tikilən, dərin dekoltesi və yarığı olan uzun libas seçib.
Belluççi bədən quruluşunu vurğulayan paltarını çox hündür, platformalı bosonojkalarla tamamlayıb. Aksessuar olaraq incə boyunbağı, balaca, sırıqlı və zəncirli əl çantasına üstünlük verib. Makiyajda əsas diqqət gözlərə verilib. O, bob saç stilini qəhvəyi dodaq boyası ilə vurğulayıb.
Onun obrazının ən maraqlı detalı adsız barmağa taxdığı qiymətli təkqaş üzüyü olub.
İddialara görə, üzüyü Monika Belluççiyə sevgilisi hədiyyə edib. Qərb KİV-nə inansaq, 53 yaşlı ulduz 45 yaşlı fransalı aktyor Jilyem Lelluşla görüşür. Mənbələrin sözlərinə görə, onların münasibətində hər şey qaydasındadır.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)











