Dəb
Bütün gözlər Böyük Britaniya şahzadəsinin nişanlısında - FOTO
Böyük Britaniya şahzadəsi Harri nişanlısı Meqan Marklla birlikdə ilk dəfə elan olunmamış rəsmi səfərini həyata keçirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, toya hazırlaşan cütlük dünən Şimali İrlandiyaya gedib. Onlar Lisberndə Eikon Sərgi Mərkəzini ziyarət edib. Sərgidən sonra Belfast Viktorian sarayının “Crown Liquor Saloon” salonunda nahar ediblər. Daha sonra isə Böyük Britaniya şahzadəsi ilə nişanlısı Titanik şəhər muzeyinin ətrafını gəzib.
Səfər zamanı bütün gözlər Meqanın üzərində olub. Aktrisalıq karyerasına son qoyan şahzadənin nişanlısı səfər üçün “Mackage”-dan bej palto, "Jimmy Choo"-dan qəhvəyi stiletto, “Greta Constantine”-dan ətəyi volanlı yaşıl yubka, “Victoria Beckham” brendindən isə ağ sviter seçib. O, obrazını qəhvəyi stiletto və kiçik ölçülü çanta ilə tamamlayıb. Meqan Marklın bu seçimi, rənglərin uyğunluğu dəb ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Meqan Markl evlənənə qədər geyimlərinin xərcini öz büdcəsi hesabına ödəyir.
Aytən
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)











