Dəb
Azərbaycanın moda tarixinə qızıl hərflərlə həkk olunan QÜRURVERİCİ HADİSƏ - FOTO
Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl Beyrutun paytaxtı Livanda keçirilən dəb həftəsində 2018/19 payız-qış kolleksiyasını təqdim edib.
Publika.az xəbər verir ki, “Afffair” brendinin yaradıcısı olan Rüfət İsmayılın yeni kolleksiyası “Obsession” adlanır.
Həmyerlimizin dəb nümayişi Livanın 5 ulduzlu hotellərindən olan “Four Seasons”da baş tutub. Bir çox ölkələrin qatıldığı dəb həftəsində Azərbaycanı təmsil edən Rüfət İsmayılın kolleksiyasından olan geyimləri 27 model nümayiş etdirib. Kolleksiya Türkiyənin top modeli olan Günay Musayevanın çıxışı ilə tamamlanıb.
Rüfət İsmayıl yeganə azərbaycanlı dizayner olub ki, onun dəfiləsi “Fashion TV” vasitəsilə bütün dünyada canlı olaraq yayımlanıb. Bu qürurverici hadisə Azərbaycanın moda tarixinə qızıl hərflərlə həkk olunub. Artıq Azərbaycan bayrağı yüksək dəb həftələrində dalğalanacaq. Dünya Azərbaycan brendi altında təqdim olunan kolleksiyaları izləməklə yanaşı, həm də əldə edə biləcək.
Həmyerlimizin uğurları bununla da yekunlaşmayıb. Türkiyədə yaşayan dizayner qardaş ölkədə “Türkiyənin ən yaxşı dizayneri” mükafatına layiq görülüb.
Rüfət İsmayıl Azərbaycanı və Türkiyəni Milanda təmsil edən yeganə dizaynerdir. Onun kolleksiyaları Milanla yanaşı, Florensiya, Dubay, Tehran kimi böyük şəhərlərdə və bir sıra ölkələrin dəb həftələrində yüksək səviyyədə nümayiş olunub.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)











