Dəb
Bu geyimlər yazın əsas trendi olacaq - FOTO
Kraliça Viktoriya dövründə qadınların həyatı çox da fərqli deyildi: gündüzlər musiqi alətlərində ifa edir, günortalar rəsmlə məşğul olur, sonra saat 5 çayı, axşamlar isə kişilərin başı dünyanın gələcəyi haqqında və siyasi söhbətlərə qarışanda, onlar qonaq otağında oturub dedi-qodu edirdilər.
O dövrlərdə qadınların əsas məqsədi ilham vermək və valeh etmək idi. Krujeva və tül parçalar, bant, jabo, volan, qırçın, büzmə kimi geyim elementləri də məhz o dövrün məhsuludur. Gizlilik sadəcə ədəbiyyatın deyil, o dönəmdə dəbin də önəmli əlaməti idi.
Müasir kolleksiyalarda Viktoriyan epoxasının bluzları köhnəlmiş təsir bağışlamır. Əksinə dizaynerlər romantik detalları seksuallıqla birləşdirib Viktoriyan dəbini indiyədək yaşadır. Belə fasonlar özünün ideal və unikal üslubunu yaratmaq istəyən xanımların qarderobunun əsas elementinə çevrilib.
Publika.az xəbər verir ki, romantik ağ köynək və bluz mövsümün əsas trenididir.

Dəbli bluzlar imkan verir ki, əlavə zəhmət çəkmədən klassik şalvar və yubkalarla maraqlı dəst hazırlayasınız. Ağ bluz universal geyim hesab olunduğundan onlar həm klassik, həm boho, həm də kejual üslubunda əla görünür.
Bu il dəbdə olan bluzların əsas fərqi materialdadır, hansı ki, onlar qadına yüngüllük və incəlik verir, ümumilikdə isə obraz nəfis alınır.
Mövsümün dəbdə olan romantik bluzlarının əsas rəng qamması belədir: ağ, süd, açıq çəhrayı və açıq yaşıl.
Bantlı bluzlar 2018-ci ildə heç vaxt olmadığı kimi dəbdə olacaq.

Krujeva və tül dekorları mükəmməl obraz yaradaraq zənginlik və zərflik bəxş edir.

Qollarda və yaxalarda olan maraqlı büzmələr isə obraza xüsusi dəbdəbə verir və onu təmtəraqlı edir.

Aytən
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
























.jpg)














