Dəb
Birinci xanım 3 fərqli tərzdə: ciddi, romantik, incə - FOTO
Amerikanın birinci xanımı Melaniya Tramp zərif və ciddi geyim seçimləri ilə modapərəstlər üçün əsl zövq nümunəsi olmağa davam edir.
Publika.az xəbər verir ki, Yaponiyanın baş naziri Sindzo Abe və xanımı Aki Abe ABŞ-a səfər edib. Amerika prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trapmla birlikdə siyasi xadimi Palm-Biçdəki evlərində qəbul edib.
Melaniya buna bənzər görüşlərdə adətən kənarda dayanıb ərinə qarşı laqeyd münasibət sərgiləsə də, bu dəfə olduqca fərqli davranıb. Baş nazirin şərəfinə Tramplar əl-ələ tutub, hətta 47 yaşlı Melaniya həmişəkindən fərqli olaraq şən əhval-ruhiyyəsi ilə diqqət çəkib və qonaqları səmimi təbəssümlə qarşılayıb. Ər-arvad məmnuniyyətlə fotoqraflara poza verib və növbəti dəfə sübut edib ki, münasibətlərindəki münaqişələr keçmişdə qalıb.
ABŞ-ın birinci xanımı Yaponiyanın baş naziri və onun həyat yoldaşı ilə görüşmək üçün “Carolina Herrera” moda evindən ağ-qara zolaqlı midi don və və “Christian Louboutin” ayaqqabı brendindən ağ stilettolar seçib. Makiyajda və saç düzümündə o, özünə sadiq qalıb: dumanlı gözlər və açıq saçlar. Yeri gəlmişkən, bir çox stilistlər bu obrazın ona yaraşdığını bildirib.

Melaniya Tramp növbəti görüşlərdə də diqqətləri üzərinə toplaya bilib. ABŞ-ın birinci xanımı Aki Abe ilə birlikdə Roka-Barton şəhərində orta məktəbdə olub, daha sonra isə Palm-Biç Flaqera muzeyində olublar.
Bu dəfə Melaniya incə belini qalın kəmərlə vurğulayan yaşıl rəngli köynək-paltara üstünlük verib. Bu libas Amerika brendi “Derek Lam”dan olub. O, öz obrazını “Christian Louboutin”dən ilan printli ayaqqabılarla tamamlayıb. Birinci xanım bu dəfə ciddi tərz seçsə də, eyni zamanda çox da rəsmi görünməyib. Bu dəst belə bir tədbir üçün çox uğurlu seçimdir.

Axşam isə Donald və Melaniya Tramp təntənəli şam yeməyi təşkil edib. ABŞ prezidentinin xanımı yeməyə tam fərqli şəkildə, zərif və romantik geyimdə gəlib. O, yaxası gül-çiçəklə işlənən ağ paltarını hərzamanki kimi “Christian Louboutin”dan olan sevimli ayaqqabıları ilə tamamlayıb və çox qəşəng görünüb.

Aytən
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO










.jpg)























