Dəb
Zövqsüz olduğunuzu göstərən 4 ƏLAMƏT
Publika.az oxucuları 4 zövqsüzlük əlaməti ilə tanış edib.
Seçdiyiniz geyimdə özünüzü narahat hiss edirsinizə
Əgər gündəlik geyim seçimi əsl işgəncəyə çevrilibsə, seçimləriniz ürəyinizcə deyilsə, özünüzü inamlı hiss etmirsinizsə, küçəyə çıxanda qürurla başınızı dik tutaraq getmək istəyi yaranmırsa, deməli, öz üslubunuzu tapmamısınız.
Üslub həyat tərzi, xarakter, ideallar və zövq duyumunun ifadəsi deməkdir. Dəbli geyinmək üzərində işləməli olduğumuz və özünüdərk yolu inkişaf etdirilən bacarıq və ya vərdişidir. Paltar seçimi bədən quruluşuna əsasən müəyyən edilməlidir. Düzgün seçilmiş geyim çatışmazlıqları ört-basdır etmək, məziyyətiləri isə vurğulamaq iqtidarındadır.
Mağazada alış-veriş edərkən seçim etməkdə çətinlik çəkirsinizsə
Stilin olması bir çox üstünlüklərə malikdir. Ən azından öz seçimlərini başa düşürsən, mağazaya gedəndə minlərlə çeşid arasından asanlıqla seçim edə bilir və çox nadir hallarda lazımsız əşyalara pul xərcləyirsən. Həmçinin satıcının və ya dostunun təklif etdiyi məsləhətlərdən asanlıqla imtina edə bilirsən.
Zövq duyumu olmayan xanımlar isə mağazada alış-veriş edərkən seçim etməkdə həmişə çətinlik çəkir, nə alacağını bilmir. Bir sözlə, başını itirir...
Qarderobdakı geyimlərin çoxunu geyinmirsinizsə
Zəngin qarderoba sahib olmaq və yaxşı geyinə bilməmək həqiqətən böyük problemdir. Yadda saxlayın ki, zövq duyumu olan şəxs imicində ən kiçik detallara qədər düşünür və yalnız bəyəndiyi şeyləri alır. Əlavə olaraq, onun kolleksiyasındakı paltarların çoxu bir-biri ilə mükəmməl uyğunlaşır, xaotik şkaf isə ancaq zövqsüzlükdən xəbər verir.
Trendlərə dərhal təslim olursunuzsa
Moda diktatorları da bəzən səhv edirlər, amma onlara hər il həvəslə pul ödəyən milyonlarla qadın həmişə tapılacaq. Əgər büdcəniz limitsizdirsə, ən son dəb tendensiyalarını özünüzə icazə verə bilərsiniz. Yox əgər büdcəniz azdırsa, belə olan halda sizcə, dəbdən tez düşən məhsullara pul xərcləməyə dəyər? Keyfiyyətli və hər şeylə uzlaşan universal qarderob yaradın və onu zamanla heç kimə bənzəməyən orijinal detallarla tamamlayın.
Aytən
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi









.jpg)

.jpg)








_(1).jpg)








.jpg)

.jpg)








