Dəb
Məşhurlar kostyum balında libasları ilə göz qamaşdırdı - FOTO
Dünən Nyu-Yorkda, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda ənənəvi "Met Gala" gecəsi keçirilib.
Publika.az xəbər verir ki, 70-ci dəfə keçirilən kostyum balının mövzusu "İlahi bədənlər: moda və Katolik xəyal gücü" olub. Gecədə Hollivvudun kino, musiqi və moda aləminin tanınmış simaları iştirak edib.
Dəvət olunmuş bəzi qonaqlar bal mövzusuna uyğun olaraq öz interpretasiyasını təqdim edib, digərləri isə dress-kod qaydalarına məhəl qoymayaraq zərif və qəşəng axşam dəstələrinə üstünlük verib.
Tədbirin təşkilatçısı Anni Vintur hər şeyi xırdalıqlarına qədər düşünüb: Parad iştirakçılarının siyahısının təsdiqindən menyuya qədər. Hərdən şayiələr gəzir ki, Amerikanın "Vogue" moda jurnalının baş redaktoru - Anna Vintur postunu tərk etməyə hazırlaşır, onun ardınca isə söz-söhbətlər yayılıb ki, “Met Gala”nın təşkilatçısı rolu bu il onun üçün sonuncu olacaq.
Gecənin qonaqları arasında müğənni Rihanna, model bacılar Bella və Cicic Hadid, İrina Şeyk və aktyor sevgilisi Bredli Kuper, Cennifer Lopes və sevgilisi Aleks Rodrigez, Amal Kluni və Corc Kluni, məşhur modelyer Donatella Versaçe, Keti Peri, Priyanka Çopra, Jizel Bündxen və həyat yoldaşı Tom Bredi, Sindi Krouford və həyat yoldaşı Rendi Gerber, Keyt Apton, Selena Qomez, Kara Delevin, Emili Ratajovksi, Madonna, Salma hayek və başqaları iştirak edib.
Cennifer Lopes, Bleyk Layvli, Sara-Cessika Parker, Keti Peri və Rihanna hər zaman olduğu kimi bu dəfə də balın ən seçilən məşhurları olub. Ona görə də onların obrazları uzun müddət müzakirə edilir. Bu dəfə hər iki müğənni bütün diqqətləri öz üzərinə toplamağı bacarıb. Keti Peri Metropoliteni-muzeyinə nəhəng ağ qanadları olan libasda gəlib, Rihanna isə Roma Papasının mitrusuna bənzəyən baş geyimi geyinib. Ceylo sinəsində böyük xaç işarəsi olan, dərin yarıqlı paltarı ilə pərəstişkarlarını heyran edib.
Aytən
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu










.jpg)



























