Dəb
Ulduzlar moda mərasimində göz qamaşdırdı - FOTO
Dünən Nyu-Yorkda yerləşən Bruklin muzeyində moda aləminin ən önəmli hadisələrindən biri olan - "CFDA" mükafatlarının təqdimatb mərasimi keçirilib.
Publika.az xəbər verir ki, bu il əsas nominasiyanın qalibləri - "Ən yaxşı qadın geyimləri dizayneri" Raf Simons olub, "Ən yaxşı kişi geyimləri dizayneri" mükafatını isə küçə brendi “Supreme” alıb.
48 yaşlı model Naomi Kempbell "İkona üslubu" mükafatına layiq görülüb, dəbdə müsbət dəyişikliklər üçün “Swarovski” mükafatı modelyer Diana fon Fyurstenberqə təqdim olunub. Həyatda qazandığı nailiyyətlərə görə mükafatı Narçisso Rodrigez, “The Founders Award” mükafatı Karolina Errera alıb.
Yevgeniya Şeppard şərəfinə MEDİA mükafatını Edvard Enniinful, Beynəlxalq mükafatı isə Donatella Versace əldə edib.
Gecənin qonaqları arasında rusiyalı model İrina Şeyk, livanlı model Cici Hadid, Kaya Herber, Rozi Hantinqton-Uaytli, Naomi Kempbel, Kayli Jenner, Alessandra Ambrossio, Şanel İman, Eşli Qrim, Keyt Blanşet, Ember Herd, Karli Kross və başqaları olub. Dəbdəbəli geyimlərilə göz qamaşdıran qonaqlar mükafatlar təqdim olunmazdan əvvəl fotoqrafların qarşısına çıxaraq poza veriblər.
Maraqlıdır ki, seçilmiş ulduzların geyimləri tamamilə fərqli olub: Şifon və krujeva dəstlər, parıltılı libaslar, kombinezonlar, klassik geyimlər və s.
Aytən
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
























.jpg)













