Misilsiz modelyerdən 8 MODA QANUNU və HƏYAT DƏRSİ - FOTO
Bizi izləyin

Dəb

Misilsiz modelyerdən 8 MODA QANUNU və HƏYAT DƏRSİ - FOTO

Dünya şöhrətli modelyer Canni Versaçenin adı dəbdəbə simvolları ilə assosiasiya olunur. Onun müasir qadının obrazına mütərəqqi baxışları özündə həm qadın zərifliyini, həm dinamikasını, hətta qeyri-adiliyi birləşdirir. Əbəs yerə deyil ki, onu barokko kralı adlandırırdılar. Canni Versaçenin pərəstişkarları arasında kral ailəsinin üzvləri, Hollivud ulduzları, tanınmış siyasətçilər və başqalarını misal çəkmək olar.

Dahi kuturyenin moda tarixində qoyduğu izlər və moda haqqında məsləhətləri heç zaman öz aktuallığını itirməyib.

Publika.az bu yazıda modapərəst oxucuları modelyerin dəb və həyat haqqında fikirləri ilə tanış etmək qərarına gəlib.

Geyimi tamamlayan sizsiniz!

“Geyim insanın ruhu kimi tək və təkraredilməzdir, qadın isə günahsız mələkdir, günahkar həzlər üçün meyvə deyil".

İtalyan kuturyenin xüsusi istedadı onda idi ki, o, qadının güclü seksual energetikasını təvazökarlıq və sadəliklə birləşdirə bilirdi. Qadına olan sonsuz hörmətini Canni Versaçe öz paltarları vasitəsilə ifadə edirdi. O, heç zaman qadını moda qurbanına çevirmir, onun təbii gözəlliyinə şübhə etmir, konveyer ideallarını və özünəməxsusluğunu heç vaxt zorla qəbul etdirməyə çalışmırdı. O, qadının ətrafında rəqs edir, sanki qiymətli daş kimi onu öz paltarının çərçivəsinə salırdı. Qadın təbiətinə belə incə və həssas münasibət modelyerin bənzərsiz və nadir bacarığından xəbər verir.

Parıldamaq yolveriləndir

“Zaman sürətlə uçur, biz isə küləkdə sönməzdən əvvəl mümkün olduğu qədər parıldamaq istəyən sadə qığılcımlarıq. Bu parıltı isə geyimdir”.

Canninin bu cümləsi qadının modaya, geyimlərə olan həvəs və bütün hücumlarını çox gözəl əks etdirir.

Özünüz qərar verin

"Tutaq ki, iki oxşar qadın var: həm rifahı, həm zahirən, həm də yaşları. Onlar yalnız bir şəkildə fərqlənir: Birinin “Versace”dən paltarı var, digərinin isə yoxudur. Tapın görək bu qadınlardan hansı tez-tez məhəbbətlə məşğul olur?"

Canni Versaçe öz sözləriylə qadın ürəyinin sarı simlərinə toxunmağı bacarırdı. Axı arzulanan olduğunu hiss etmək qadının əsas ehtiyaclarından biridir. Paltar nə qədər dəbli və rahat olsa da, əgər orada heç olmasa incə qadın aroması və həssaslığı yoxdursa, o, dərhal uduzur.

Nəticə sadədir: Əgər öz geyiminizi hansısa meyarlara əsasən qiymətləndirə, yaxud da seçdiyiniz paltarın yaxşı və ya pis olduğunu başa düşə bilmirsinzisə, o zaman ən sınanmış üsulu sınayın - instinktlərə arxalanın. Adi cinsdə, kostyumda və ya donda xoşbəxt və seksual qadın təəssüratı bağışlaya bilirsinizsə, deməli, siz əla görünürsünüz.

Geyimlər moda kimi dəyişkən deyil

"Moda yerində durmur, amma geyimlər dəyişməz olaraq qalır”.

Yubka-şalvarlar, dar və palasso adı ilə tanınan fason hər zaman şalvar, lalə, klyoş və karandaş modellər yubkalar olaraq qalacaq, kardiqan, sviter və puloverlər trikotaja materiala aid olacaq.

Geyim külək sürətiylə dəyişən modanın fonunda dəyişməz olaraq qalır. Baza qarderobun əsas sütunları heç vaxt dəbdən düşməyən geyimlərdir. Hər mövsüm moda leksikonuna yeni terminlər daxil olur, lakin yubkalara, şalvarlara və paltarlara həmişə yer tapılır.

Dəbi özünüz yaradın, özünüzü dəbə uyğunlaşdırmayın!

"Trendlər arasında itib-batmayın. Dəbin sizi idarə etməsinə icazə verməyin, kim olduğunuza, paltarınız və həyat tərzinizlə nə ifadə etmək istədiyinizə özünüz qərar verin”.

Biz çoxumuz dəbin dalınca qaçmağa və ifrata varmağa meyilli oluruq, bəziləri isə əksinə onunla qətiyyən maraqlanmır. Əslində, dəb xülasələri eyni ilə hava proqnozları formatda maraqlı olmalıdır: onları bilmək və zamanın tələblərinə uyğun geyinmək lazımdır, lakin bütün həyatınızı trendlər ətrafında qurmağa dəyməz. Modanın əsas vəzifəsi bizi geyindirməkdən və bəzəməkdən başqa heç nə deyil.

İlham mənbəyini simvol və işarələrdə axtarın

"Meduza həm antik yunan fəlsəfəsinin, həm klassikasının, həm də incəsənətinin gözəlliyini və qəddar sehrini simvolizə edir. O, sadəlik və gözəllik sintezidir, hansı ki, insanı həqiqi mənada zəiflədir, hətta hipnoz edir".

Əşyalara baxaraq onun məzmunu, yaratdığı əhval-ruhiyyəsi və ideyası haqqında düşünün. Əgər bütün bunlar sizin daxili dünyanıza və zahirinizə uyğundursa, deməli seçiminiz düzgündür. Məsələn, dikdaban stilettolar hər zaman qadın zərifliyinin və seksuallığının simvolu sayılıb. Odur ki, stilettoları boho üslubuna uğunlaşdırmağa çalışmaq həmişə uğursuzluğa məhkumdur.

Özünüzü ağılsız alış-verişdən qorumaq, ona həqiqətən ehtiyacınız olub-olmadığını öyrənmək üçün sadəcə dayanmaq və dərinliklərinə varmaq lazımdır.

İlkə imza atmış qadın

“Geyim deyil, qadın öz seksuallığını ifadə edir”.

Dizayner bu fikri ilə onu izah edib ki, qadını heç nə özünəinamı qədər seksual göstərə bilməz. Məhz özünəinamı və özünə məhəbbəti sayəsində o, cazibədar görünür və arzuolunan qadına çevrilir. Uğurlu geyim sadəcə layiqli köməkçidir.

Küləkdə də başı dik gəzin

"Qanunum küləklə mübahisə etmir, o, harada uçduğunu bilir. Biz stilistlər də yalnız onun istiqamətini dəqiq müəyyənləşdirməyə məcburuq".

Modadakı bütün qanunvericilik illüstrasiya və intuisiyadan başqa heç nə deyil. Dəb tendensiyaları yalnız orada yaşayır ki, onlar cəmiyyətinin əhval-ruhiyyəsi ilə üst-üstə düşür, süni şəkildə yaradılmış dəb cərəyanları isə məhvə məhkumdur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm