Dəb
Zərgərlik sənətinin qiymətli əsərləri Şahzadə Diananın timsalında - FOTO
Ledi Diana şahzadə xanım obrazının əsas atributlarından biri sayılan dəbdəbəli baş geyimlərinin əvəzinə çokerlər, böyük sırğalar, sentimental yaxa sancaqları və iri qolbaqlara daha çox üstünlük verərdi.
İndiyədək stil ikonası hesab olunan zərif şahzadə sapfirləri, zümrüdləri, brilyantları, qızıl zəncirləri və mirvariləri elə taxırdı ki, iri bəzək əşyaları onun zərif gözəlliyini ağırlaşdırmıdı, əksinə çərçivəyə alırdı: Ailə tacları gur saçlarının qızıl parıltısı vurğulayır, iri qiymətli daşları gözlərinin ifadəsini daha mənalı edir, mirvari sapları isə nazik boynunu qucaqlayırdı.
Şahzadənin bəyəndiyi zinət əşyaları arasına - kraliça Meriyə məxsus olan zümrüd və brilyant qaşlı çoker, mərkəzinə iri sapfir qaşı və brilyantlar qoydurduğu mirvari boyunbağı, həmçinin “Tiffany & Co.”dan incə bilərzik və sırğalar daxil idi. Lakin Diananın ən qiymətlisi şahzadə Çarlzın ona hədiyyə etdiyi, sonsuz sədaqət rəmzi sayılan nişan üzüyü idi. Belə bir şayiə gəzirdi ki, Ledi Diana hətta yatanda dəyərli üzüyündən ayrılmazdı.
Şahzadə Çarlzın ağ qızıldan hazırlanan üzüyü 1981-ci ildə Diana Spenser üçün 28 min dollara aldığı deyilir. Bundan başqa ledi Di yarı qiymətli daşlar taxmaqdan utanmazdı.
Publika.az qızıl-zinət həvəskarlarını Diananın arxiv şəkillərinə baxmağa və zərgərlik sənətinin qiymətli əsərlərindən ilham almağa dəvət edir.
Aytən
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










