Dəb
Dəbi diktə edən retro ulduzların qısa şort stili - FOTO
Rahat və universal olması sayəsində şortlar uzun illərdir ki, xanımların yay qarderobunun ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə tənqid obyekti və qadınların günah aləti kimi qiymətləndirilən qısa şortlar demək olar ki, dünyanın bütün ölkələrində yayın əsas trendlərindən biridir.
Amma bu yazıda metroda qısa şortikli qızla hansısa yaşlı xalanın macəralarından danışmaq fikrimiz yoxdur. Mövzudan çox uzaqlaşmadan deyək ki, retrosayağı şortlar yenidən populyarlığın zirvəsindədir.
Publika.az xəbər verir ki, ekranın keçmiş ikonaları əvvəlki kimi dəbi diktə etməyə davam edirlər. Çoxsaylı arxivlər göstərir ki, XX əsrin ən gözəl qadınları qısa şortlarda zərif görünməyi çox yaxşı bacarırdılar. Onlar şortları çox məharətlə qırmızı xalıda kuturye libasları kimi geyinirdilər.
Odri Hepbern
Melanxolik gözəl Odri Hepbern mini şortların böyük pərəstişkarı idi. Bayağı görünməmək üçün o, şortları dama-dama kişi köynəyi ilə geyinirdi.
Merilin Monro 1950-ci illər

Əfsanəvi kino ulduzu Merilin Monro isə ağ və ya bej şortları eyni rəngli köynəklərə birləşdirməyə üstünlük verirdi.
Ceyn Fonda 1960-cə illər

Digər məşhur aktrisa Ceyn Fonda bəyaz şortlarını tünd üst geyimləri ilə uyğunlaşdırardı.
Oliviya Nyuton-Con 70-ci illər

70-ci illərin məşhur müğənnisi və avstraliyalı aktrisa Oliviya Nyuton-Con isə yayın bu trendini trikotaj toplarla geyinərdi.
Loren Bekol

Aktrisa Loren Bekol uzunluğu balanslaşdırmaq üçün 1940-cı illərin dəbinə uyğun olaraq üstünə kimono və ya ağ pambıq soroçka atardı.
Ceyn Birkin

Sərin yay axşamlarında isə yay dəstinizi Ceyn Birkin kimi yüngül yay pencəyi və ya plaşla tamamlamaq olar.
Aytən
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
























.jpg)













