Dəb
Kral ailəsinin xüsusi zövqlə geyinən təmsilçisi - FOTO
Meqanın rəsmi çıxışları əyani şəkildə sübut edir ki, Sassekskaya hersoginyası kral ailəsinin xüsusi zövqlə geyinən təmsilçisidir. Stilistlər haqlı olaraq, onu dünyanın ən yaxşı geyinən xanımları sırasına daxil edir. Bu yaxınlarda Meqan Markl Bukingem sarayında keçirilən qəbula “Prada” italiyan moda evinin xüsusi olaraq onun üçün çəhrayı çalarlı parçadan tikdiyi paltarda gəlmişdi. Hersoginya ilk dəfə deyil bu rəngini seçib.
Publika.az modapərəstləri Meqan Marklın çəhrayı rəngə olan məhəbbətinin səbəbləri ilə tanış edib.
Demək olar ki, toydan sonra Meqanın bütün ictimai çıxışları çəhrayı çaların himayəsi altında keçirilib. Yeri gəlmişkən zərif çəhrayı kral ailəsinin üzvlərinin qarderobunda nadir rast gəlinən rəngdir. Xatırlamaq kifayətdir ki, kraliça II Yelizaveta bir qayda olaraq maksimum dərəcədə parlaq rənglərə müraciət edir. Geyimləri gənclərin həyatından daha rəngarəng və maraqlı olan kraliça çox az hallarda solğun rənglərdə görünür. Kembric hersoginyası Keyt Middlton isə parlaq rənglərin pərəstişkarı deyil, bununla belə onlardan imtina etmir. Məsələn, o, mavi, göy, boğuq və pastel çalarlarına üstünlük verir.
Belə görünür ki, Meqan Markl pastel tonlarını öz rəng qamması etmək qərarına gəlib. Bu rəng çeşidi ona ideal yaraşır və kral ailəsinin digər nümayəndələrinin fonunda fərqləndirir.
Siz də açıq çalarların vurğunusunuzsa, Meqan Markldan nümunə götürün. Belə zərif geyimləri siz həm işə, həm qonaqlığa, həm də romantik görüşlərə geyinə bilərsiniz. Dress-kod qaydalarına ciddi əməl edənlər üçün bu, əsl xilas yoludur. Ən əsası bej tonlar qaralmış dərini əla vurğulayır.
Aytən
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
























.jpg)













