Dəb
Livanlı dizayner XVII əsrin fransız və rus saray üslubunu dəbə gətirdi - FOTO
Livanlı dizayner Zahair Murad XVII əsrin fransız və rus dəbini Parisdə Yüksək Moda həftəsinə gətirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Parisdə Yüksək Moda Həftəsi çərçivəsində livanlı dizayner Zuhair Muradın yeni kolleksiyası nümayiş olunub. Dəfilə əvvəllər polşalı zadəgan nəslinə məxsus “Potocki” hotelinin gözəl interyerlərdə baş tutub. Podiumu məşhur model Alessandra Ambrosio açıq elan edib.
Dünya ulduzlarının qırmızı xalça çıxışları üçün dəbdəbəli libaslar hazırlayan dizayner bu dəfə də qonaqları təəccübləndirib. Saray dəbdəbəsindən ilhamlanan Z.Murad unudulmaz dəb şousu böyük maraqla qarşılanıb.
Dəbin şahzadəsi bu dəfə daha mürəkkəb obrazlar işləmək qərarına gəlib və hər modelin saçına Amerika hindularının ənənəvi baş bəzəklərini xatırladan tac əlavə edib.
“Kutyur üçün bu riskli olardı. Amma öz adi sərhədlərimdən çıxmaq istəyirdim”, - deyə Zuhair Murad bildirib.
Modelyer kolleksiyasında motodor və kişi hərbi formasının elementlərindən istifadə edib. Lakin ümumilikdə kolleksiya cavahiratlarla dolu şərq mücrüsünə bənzəyib. Palitra ən qiymətli daşlarla tam üst-üstə düşür. Burada qırmızı yaqutlar, sapfirlər, qara mirvari daşlardan, əlbəttə, gümüş və qızıl saplardan istifadə olunub.
Yeni kolleksiyasında dizayner atlas və şəffaf şifonu işləməli materiallarla əvəzləyib. Bir çox libas XVII əsrə aid fransız dəbi, Kralın Sankt-Peterburq balları və Rusiya imperatoru Yelizavetadan ilhamlanaraq hazırlanıb.
Aytən
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı


























.jpg)












