Dəb
Fəxriyyə Xələfova Azərbaycanda ən yaxşı geyinən şəxsin ADINI AÇIQLADI - VİDEO
Rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova ölkəmizdə ən dəbli geyinən məşhurun adını açıqlayıb.
Publika.az xəbər verir ki, modelyer bu gün ATV kanalının “Ondan sonra" verilişinin qonağı olub. O, aparıcı Yusif Ağayevin “Azərbaycanın ən dəbli geyinən məşhuru kimdir” sualına cavab verib:
“Bir həftə özümə vaxt verdim və məşhurların geyim tərzini şərh etdim. Gördüm ki, Aygün Kazımova səhnə geyimlərinə çox əmək sərf edib. Bu yaxınlarda konserti oldu. Konsertə dəvətli idim, həm canlı izləmişdim, həm də efirdən izlədim. O, Azərbaycan dəb həftəsi çərçivəsində keçirilən dəfiləmi izləməyə gəlmişdi. Aygün Kazımova moda həftəsinə gəlmişdi ki, dəbin tendensiyalarını yaxından izləsin. Onun müxtəlif obrazları və fotosessiyaları göz qabağındadır. O, həmişə cəlbedici və maraqlı görünməyi, eyni zamanda dəblə ayaqlaşmağı bacarır. Aygün xanım bu imtahanda 5 balla qiymətləndirilir”.
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










