Dəb
Kasıblar geyinməsin deyə 116 milyon dollarlıq brend geyimlər yandırıldı
Britaniyanın lüks brendi “Burberry” ötən il 36 milyon dollar məbləğində məhsullarını yandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat verib. Nəşrin məlumatına görə, geyim markasının demək olar ki, son beş il ərzində 118 milyon dollarlıq malları məhv edilib. Mənbələr bildiriblər ki, moda evi brend məhsulların endirimli satışından imtina edərək bahalı məhsulların ucuz insanlara satılmaması üçün onların yandırılmasına qərar verib.
“Burberry” isə inandırır ki, köhnə kolleksiyanın geyimləri xüsusi ekoloji zibil qurğularda təkrar emal edilir və bu prosesdə əldə olunan xammal istehsalda yenidən istifadə olunur. Bununla belə brendin bu addımı sosial şəbəkədə kəskin tənqid edilib.
Qeyd edək ki, “Burberry” geyim, aksessuarlar və parfümeriya istehsalı üzrə ixtisaslaşan qocaman Britaniya brendlərindən biridir. Şirkət 1856-ci ildə yaradılıb, onun baş qərargahı Londonda yerləşir.
Xatırladaq ki, “Burberry” kreativ dizayneri Kristofer Beyli bildirib ki, 2018 yaz-yay mövsümünün öz kolleksiyası ilə geylərin və digər seksual azlıqların hüquqlarını dəstəkləyir. Onun bu açıqlaması da mətbuatda birmənalı qarşılanmamışdı.
Aytən
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO




























.jpg)










