Dəb
Prezident qızından SÜRPRİZ QƏRAR
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp öz adını daşıyan geyim və ayaqqabı markasını bağlamağa qərar verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İ.Tramp qərarı haqqında açıqlama yayıb.
“Bu markanı ilk yaradanda heç kim təxmin edə bilməzdi ki, bu qədər uğur qazanacağıq. Vaşinqtonda 17 ay yaşadıqdan sonra əvvəlki iş həyatına nə vaxt qayıdacağımı bilmirəm. Lakin yaxın gələcəyə qədər Vaşinqtonda qalacağımı dəqiq bilirəm. Odur ki, bu qərarı vermək həm mənim üçün, həm də komandam üçün ən ədalətlisi olacaq", - deyə İvanka bildirib.
Xatırladaq ki, 4 il əvvəl qurulan şirkət qısa müddətdə böyük markalarla rəqabətə girmişdi.
Tramp Ağ Evdəki vəzifəsinə başladıqdan sonra ABŞ-dakı pərakəndə mağaza zənciri Nordstrom "Ivanka Trump" markasına aid məhsulların satışını dayandırmışdı. Ötən həftə isə Kanadanın ən böyük pərakəndə satış mağazası “Hudson Bay” satış həcmindəki azalmanı əsas göstərərək prezident qızının "Ivanka Trump" markasının məhsullarını siyahısından çıxarmışdı.
Qeyd edək ki, İvanka əvvəllər “Trump” ailə şirkətlərinin inkişafı üzrə vitse-prezidenti vəzifəsini icra edib. 2017-ci ilin martın sonlarında isə o, atasının əvəzsiz məsləhətçisi kimi çıxış edir.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı


























.jpg)












