Dəb
Şahzadə xanımı geyimi ilə növbəti dəfə hər kəsi valeh etdi - FOTO
36 yaşlı Meqan Markl sonuncu çıxışı ilə bir daha özünə qarşı böyük heyranlıq doğura bilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Sasseks hersoginyası parlaq geyimlərdə hər zaman seçilməyi bacarır. Bu dəfə isə o, zərif seçimi ilə modapərəstləri ruhlandırıb. Meqan Berkşir şəhərində keçirilən polo yarışlarında şahzadə həyat yoldaşı Harrini dəstəkləməyə gedib.
Hersoginya tədbirə “Carolina Herrera” moda evindən qalın dördkünc kəməri olan, tünd-göy kokteyl libasında gedib. O, dəstini dəyəri təxminən 103 dollar (təxminən 176 manat) olan “J Crew” imzalı qəhvəyi həsir klatçla tamamlayıb. Dəb eksperimentlərinə yol verməyən Meqan ayaqqabı seçimində köhnə qayda üzrə hərəkət edərək “Aquazzura” markasından, onun çantası ilə ahəng təşkil edən bej dikdabanlara üstünlük verib. Bu ayaqqabıların qiyməti 354 dollardır (təxminən 600 manat). Miniatür sırğa ilə qara eynək isə ulduzun obrazının tamamlayıcısı olub.
Gözəl hersoginya artıq birinci dəfə deyil ki, öz çıxışları ilə modapərəstlərə stil dərsləri keçir. Odur ki, Şahzadə Harrinin xanımının belinin incəliyini ideal şəkildə vurğulayan və bədənini vizual olaraq daha zərif göstərən bu dəstindən ilham almağa dəyər. Dolğun göy rəng Meqanın azacıq qaralmış dərisi ilə çox gözəl uzlaşıb.
Yarışın sonunda Meqan ərini qalib olması münasibətiylə öpərək təbrik edib.
Qeyd edək ki, 2006-ci ildə şahzadə Harri şahzadə Lesoto Siisonun təsis etdiyi idman yarışması hər il xeyriyyə məqsədilə “Sentebale” təşkilatının himayəsi altında keçirilir. Toplanmış vəsait QİÇS xəstəliyindən əziyyət çəkən uşaqlara kömək üçün Lesoto və Botsvana göndərilir. Xatırladaq ki, Böyük Britaniyanın kral ailəsinin nümayəndəsi bu həftə Amsterdam QİÇS xəstəliyinə həsr olunmuş konfransda iştirak edib.
Aytən
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama









.jpg)

.jpg)




.jpg)













.jpg)









