Dəb
Zəngin sarı rəng payızın trendi olacaq - FOTO
Açıq çəhrayı və mavi barədə unudun, bu payız sarı geyimlər aktual olacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni mövsümdə uzun müddət dəbdən düşmək bilməyən çəhrayı ilə mavini zəngin sarı çalarları əvəz edəcək. Stilistlərin sözlərinə görə, 1990 və 2000-ci illərdə doğulanlar məhz bu rəngə daha çox üstünlük verir.
Dizaynerlər payız-qış kolleksiyalarında açıq sarıdan tutmuş narıncı və qəhvəyiyə qədər bütün çalarlarından geniş istifadə edib. Sarı rəngi ziddiyyətli olsa da, ondan imtina etmək lazım deyil. Payızın tutqun günlərində siz gün işığına ehtiyac duyursunuzsa, qarderobunuza sarı çalarlar əlavə etməklə onun yerini asanlıqla doldura bilərsiniz. Bu rəng həm əhval-ruhiyyəni qaldıracaq, həm də sizi boz kütlədən fərqləndirəcək.

“Maison Margiela”, “Marc Jacobs” və “Bottega Veneta” və digər brendlər payız mövsümündə sarı plaşları, donları və şalvarları sınaqdan keçirməyi tövsiyə edir.
Aytən
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək

















.jpg)


.jpg)






.jpg)










