Dəb
Azərbaycanlı məşhurun ilhamlandırıcı Nyu-York stilləri - - FOTO
Xəbər verdiyimiz kimi, aparıcı və tanınmış bloger Günel Hümbətova Nyu-Yorka köçüb.
Publika.az xəbər verir ki, qızı ilə həyat yoldaşının yanına köçən məşhur yutub kanalı üçün yeni videolar çəkməsə də, İnstaqramdakı aktiv fəaliyyətini qoruyub saxlayır. O, mütəmadi olaraq öz dəstlərini sosial şəbəkədə paylaşaraq izləyicilərinə məsləhətlər verir. Bundan başqa G.Hümbətova moda paytaxtı sayılan Nyu-Yorkda baş tutan bir neçə dəb nümayişlərinə qatılıb.
Bloger moda həftələri ilə bağlı fikirlərini sosial şəbəkədə bildirib:
“Moda həftəsi ərzində çoxlu sayda tədbirlər, gecələr təşkil olunur. Moda ilə əlaqəli insanlar bir araya gəlir. Çoxlu əlaqələr qurmaq üçün əla şərait yaradılır. Hələ təəssürat yazmaq üçün tez olsa da, deyim ki, moda həftəsi ərzində Nyu-Yorkda olmaq, şoulara dəvət almaq çox xoşdur. Və mənə təcrübə qazandırır. Bütün şoularda iştirak etmək fiziki olaraq mümkün deyil. Çünki keçirildikləri məkanlar bir-birinə uzaqda yerləşir, üstəlik burada yaşayırsansa, məişət qayğıların varsa və hər şey spontan baş verirsə, bütün bu hadisələrin içində olmaq, istədiyin kimi görünə bilmək və s. olduqca çətindir. Lakin xüsusilə subaylara yerində oturmamağı və daima arzularının arxasınca qaçmağı, özünü inkişaf etdirməyi, yeni insanlar tanımağı və sadəcə bütün bunlardan zövq almağı tövsiyə edirəm. Növbəti illərdə daha hazırlıqlı iştirak etmək ümidi ilə.
Nyu-York dəb həftəsində ilk dəfə Azərbaycanlı dizayner Rüfət İsmayıl çıxış etdi. İnanılmaz qürur duydum. Əziyyət çəkən insanlar hər zaman bunun bəhrəsini görür. Ümid edirəm bu digər dizaynerlərimizə də örnək olar. Başları toy paltarı tikməkdən açılsa, əlbəttə ki”.
G.Hümbətovanın bir çox modapərəstləri ilhamlandıran Nyu-York stillərinə aid bir neçə nümunə təqdim edirik.
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO










.jpg)











.jpg)













