Dəb
Dünya ulduzları “Emmi” gecəsində ziyafət libasları ilə göz qamaşdırdı - FOTO
Sentyabrın 17-dən 18-nə keçən gecə Los-Ancelesdə, Mikrosoft Teatrında "Oskar" (kino sahəsində) "Qremmi" (musiqi sahəsində) və "Toni" (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilən, sayca 70-ci “Emmi 2018” televiziya mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib. Əlbəttə ki, belə böyük tədbiri bir çox məşhurlar buraxa bilməzdi.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə Cessika Bil, Jastin Timberleyk, Penelopa Kruz, Haydi Klum, Skarlet Yohanson sevgilisi Kolin Jost, “Vəhşi qərb dünyası” seruialının ulduzları Evan Reyçel Vud, Tendi Nyuton, Sofi Hanter, Benediktd Kamberbetç, Mendi Mur, Riki Martin, Elimiya Klark, Sara Polsin və başqaları onlarla fotoqraflar qarşısına keçərək poza veriblər.
Gecənin qonaqları təmrəraqlı libasları və kostyumları ilə pərəstişkarlarını heyran qoya bilib. Tədbirdə xanımların daha çox bəyaz və çəhrayının müxtəlif tonlarına üstünlük verməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, “Ən yaxşı dram serialı” kateqoriyası üzrə qalib “Taxt oyunları” serialı seçilib. Serialın aktyoru Piter Dinkleyc Tirion Lannister roluna görə “İkinci planda ən yaxşı aktyor” mükafatına layiq görülüb.
“Ən yaxşı komediya serialı” nominasiyasının qalibi “Möhtəşəm xanım Meyzel” olub. Baş rol ifaçısı Reyçel Brosnahan “Ən yaxşı komediya aktrisası”, Aleks Borşteyn “Komediya serialında ikinci planda ən yaxşı aktrisa” nominasiya üzrə mükafatlandırılıb.

Emi Şerman-Palladino “Ən yaxşı rejissor və ssenarist” mükafatını alıb.
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq




























.jpg)









