Dəb
Qarderobunuzu payıza hazırlayan 7 TREND - FOTO
Havaların necə keçməsindən asılı olmayaraq, payız qarderobunu hazırlamağa məcburuq. Mağazalarda saysız-hesabsız çeşidlər arasından alış-veriş seçimini asanlaşdırmaq üçün sizə payız qarderobunun trend parçaları ilə tanış etməyə qərar verdik.
Publika.az oxucuları payızın əsas trendləri ilə tanış edib.
Önü ipli çəkmələr

Ön hissəsi bağlarla bağlanan qısaboğaz çəkmələr payız qarderobunun ulduzudur. Onların həm hündür, həm də alçaq, həm nazik, həm də qalın dabanlı versiyaları dəbdədir. Bu çəkmələrin şalvar, ətək və ya donlarla vəhdəti eyni dərəcədə heyranlıq doğurur.
Ayı kürkü effekti

Süni kürk trendi keçən ilin payız-qış mövsümündən miras qalıb. Onlar bu mövsüm yenidən populyar olacaq. Odur ki, dərinizi yumşaq kürklərlə sevindirmək zamanı gəlib. Qarderobunuzda daha rəngarəng kürklərə yer açın.
Darıxdırıcı qara yubkaları unudun

Al-əlvan ipək və ya yun ətəkləri uzunboğaz çəkmələrlə birləşdirib qışın soyuğuna meydan oxuyun.
Əvəzolunmaz kurtkalar

Heç bilmirəm ki, balonka adlandırılan sırıqlı kurtkalar olmasaydı, soyuq hava şəraitinə necə dözərdik. İndi xüsusilə bu modelin rəngli və məxmər versiyaları trenddir.
Laklı plaşlar

Paltara bənzəyən bu plaşlar payız qarderobunun əsas stil kodlarından biridir.
Kostyum

Kişisayağı kostyumların incə dikdabanlarla vəhdətini özünüz təsəvvür edin. Dayanılmazdır, elə deyilmi? Dəstin ağırlığını və ciddiliyini azaltmaq üçün maraqlı aksessuarlar, çanta və ayaqqabılara yönəlin.
Dama-dama göl olar

Dama-dama naxışlarının rəngarəng palitrasından çox çətin baş çıxarmaq olur. Amma əminliklə deyə bilərik ki, dama-dama naxışları dəbdə olub, var və olacaq.
Aytən
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”



































