Məşhur model geyimi ilə DİQQƏT MƏRKƏZİNDƏ - FOTO
Bizi izləyin

Dəb

Məşhur model geyimi ilə DİQQƏT MƏRKƏZİNDƏ - FOTO

Bazar ertəsi axşamı Albert sarayında “Fashion Awards 2018” mükafatının təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, moda sənayesinin simaları hər il Londonda həmkarları ilə qazandığı uğurları qeyd etmək üçün toplaşır. Bu il də istisna olmayıb. Londonun məşhur konsert zalında baş tutan tədbirdə ulduzlar qırmızı xalçaya çıxaraq geyimləri ilə göz qamaşdırıb.

Viktoriya Bekhem gecəyə əri Devid Behkem və Bruklin Bekhemlə birlikdə gəlib.

"Qadın geyimləri üzrə britaniyalı dizayner" mükafatına layiq görülən Viktoriya Bekhem tədbirə ciddi və bol kəsimli kombinezonda gəlib.

Məşhur model Sindi Kroufor da ailəsi ilə birlikdə fotoqraflar qarşısına keçərək poza verib. Sindi Kroufordun "İlin modeli" nominasiyasında qalib gələn qızı Kaya Gerber “Mcqueen Alexander” imzalı ziyafət libası ilə bütün axşam göz qamaşdırıb.

Kendal Jenner isə zərli tor geyimi ilə gecənin ən çox müzakirə olunan ulduzu olub. Model sinəsinin və alt paltarının görünməsinə məhəl qoymadan kamera qarşısına keçib.

Tədbirin qonaqları arasında Penelopa Krus, Uma Turman, Naomi Uotss, Rita Ora, Dautzen Krez, Keyt Moss, Vinni Xarlou, Saar Sampayo və başqaları olub.

“Fashion Awards 2018”in laureatları:

"İlin dizayneri" (aksesuarlar) Demna Qvasaliya, “Balenciaga”

İlin brendi "Gucci "

"İlin britaniyalı dizayneri" (kişi geyimləri üzrə) Kreyq Qrin, Kreyq Grin

"İlin britaniyalı dizayneri" (qadın geyimləri üzrə) Kler Ueyt Keller, “Givenchy”

"Böyük Britaniyanın dəbinin doğan günəşi" (kişi geyimləri üzrə) Semyuel Ross, “A-COLD-WALL”

"Böyük Britaniyanın dəbinin doğan günəşi" (qadın geyimləri üzrə) Riçard Kuinn, “Richard Quinn”

“İlin dizayneri” Pyerpaolo Piççoli “Valentino”

"İlin modeli" Kaya Gerber

"Blou İzabella mükafatı” “Mert & Marcus”

"Moda dünyasına verdiyi nailiyyətlərə görə mükafat" Prada Miuçça

"Modanın inkişafına verdiyi töhfəsinə görə Swarovski mükafatı " Vivyen Vestvud

Oxumağa davam et
Reklam
Reklam

Gündəm