2019-cu ilin trend rəngi MÜƏYYƏNLƏŞDİ - FOTO
Bizi izləyin

Dəb

2019-cu ilin trend rəngi MÜƏYYƏNLƏŞDİ - FOTO

“Pantone” rəng təşkilatı gələn ilin trend çalarını elan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Pantone Color Institute” gələn il canlı mərcan rənglərinin daha çox dəbdə olacağını açıqlayıb.

“Pantone” mütəxəssislərin fikrincə, bu rəng çətin dövrlərdə doğru qərarlar qəbul etmək üçün bəşəriyyətə müsbət enerji və həyat eşqi ötürəcək. Əlbəttə ki, Yer Planetində heç vaxt asan dövrlər olmayıb və olmayacaq, bütün məsələ əslində insanın müdrikliyindən asılıdır. İstənilən halda yeni rəng 2019-ci ilə xeyli xoş anlar, komfort və pozitivlik bəxş edə bilər.

Nüfuzlu “Pantone Rəng İnstitutu” artıq 20 ildir ki, dekabr ayında növbəti ilin trend rəngini açıqlayaraq dekorasiyadan dəbə, ləl-cavahiratdan dizayna qədər bir çox sahələrə, nəticə etibarı ilə alıcıların seçimlərinə ciddi yön verir. Ümumiyyətlə, KİV-in etimadını tədricən qazanan “Pantone” bütün moda və gözəllik sənayesinə hər il daha çox təsir edir. “Pantone” versiyasının qərarı indi yalnız konkret bir məsləhət deyil, bütün dizayn dünyasına təsir edən real bir moda trendidir.

Mərcan tonları (Living Coral) sosial medianın həyatımız üzərindəki təsirinin ifadəsi olaraq təqdim edilib. Bununla da rəng təşkilatı rəqəmsal dünyanın və sosial şəbəkələrin yeni dünya düzənində nə qədər təsirli olduğunu göstərmək istəyib.

Dəb

Optimizm simvolu olan mərcanı 2019-cu ildə həm bir çox dizaynerlərin kolleksiyalarında, həm də ev dekorasiyada geniş yer tutacaq. Mərcan rəngli paltarlara diqqət yetirmək tövsiyə edilir, çünki paltar qadın qarderobunun əsas mövzusudur. “Qara cümə” ərzində satılan məhsulların statistikasına əsasən, məhz paltar satış lideri idi, modanın təklif etdiyi uniseks geyimlərin rahatlığına baxmayaraq, donlar populyarlığını itirmir.

Əlbəttə ki, qarderobu sadəcə mərcan tonları ilə məhdudlaşdırmaq lazım deyil, gözəl çeşidlər çoxdur, əsas odur ki, seçiminiz dəbli tendensiyalar və üslubunuzun istiqamətləri ilə uzlaşa bilsin.

Özünün çoxcəhətliliyi sayəsində mərcanı demək olar ki, hər rənglə uzlaşır. Süd, bej, krem, açıq mavi və pastel çalarları ilə daha əlverişli görünür, eyni zamanda bənövşəyi və əlbəttə ki, qara kimi parlaq, zəngin rənglərlə uğurla birləşir.

Ləl-cavahirat

Sözsüz ki, gələn il mərcan daşları xüsusilə aktual olacaq. Bu daş saflığın və tarazlığın qorunmasını təmin edir. Ailə içində və yoldaşlar arasında möhtərəmliyin gücləndirilməsinə kömək edir.

İnteryer və memarlıq

Mərcan rəngi sanki ətrafa müsbət enerji yayır, o yay, istilik, dənizdə istirahət və ya yaradıcılıqla assosiasiya olunur. Bu rəng bir çox çalara malikdir. İşıqlandırmadan asılı olaraq, mərcan fərqli görünə bilər, bəzən qırmızıya, bəzən də demək olar ki, çəhrayıya daha yaxın olur. Əhval-ruhiyyəni qaldıran bu rəng yeni ildə dekorasiyaların əvəzolunmazı olmağa hazırlaşır. Mərcan və riflərin möhtəşəm rənglərini interyerdə rahatlıqla istifadə edə bilərsiniz.

Gözəllik

"Living Colar" trendi makiyaj vasitələrindən də yan keçməyib. Belə pomada, ənlik və göz kölgələri dəridə çox xoş görünür. Xüsusilə bürünc dəridə ekzotik təsir bağışlayır. Həmçinin təbii tonlarda makiyajı sevənlərin bir nömrəli seçimi olacaq.

Sosial medianın gücü

“Pantone” rəng təşkilatı bildirib ki, gələn ilin trendini müəyyənləşdirərkən sosial şəbəkələrin təsirini də nəzərə alıb. Təşkilat onu da vurğulayıb ki, donuz ilində bizi daha canlı həyat gözləyir. Çünki mərcanı paklıq və sağlamlıq rəngi hesab olunur. Öz keyfiyyətlərinə görə bu rəng qızmar istilik, enerji, sevinc və mehribanlıq simvoludur.

Qastronomiya

“Pantone” hesab edir ki, mərcanı tonları gələn il şirniyyatları və tortları da bəzəyək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm