Dəb
Yeni il axşamı valehedici görünmək üçün ƏN DƏBLİ İDEYALAR - FOTO
İki həftədən də az müddət sonra ilin əsas bayramı gəlir. Sirr deyil ki, hər birimiz bu gecə xüsusi görünmək istəyirik. Yeni il ərəfəsində hətta ən praktik qadınları da “Bayramda necə geyinim?” sualı narahat edir.
Astroloqlar bildirir ki, gələn il Sarı Torpaq Donuz ili üzərində təhvil olur, odur ki, bu heyvanı məmnun etmək əhəmiyyətlidir. Qarşıdakı 365 günün şanslı və uğurlu olması üçün xırdalıqlarına qədər düşünülmüş bayram obrazı mühüm rol oynayır.
Ən başlıcası effektli və yaddaqalan obraz yaratmaqdır. Geyimin hansı tərzdə olmasının önəmi yoxdur, əsas odur ki, özünüzü rahat və cazibədar hiss edəsiniz. Stilistlər Yeni il gecəsi qızılı və sarı çalarlara xüsusilə üstünlük verməyi məsləhət görür. Biserli, məxmər və ya parlaq parçadan olan hər hansı don yaxşı fikirdir. Onu da yadda saxlayın ki, müvafiq aksessuarlar əlavə etməklə bayram obrazını qarderobun sadə elementlərindən da hazırlamaq olar.
Publika.az bir neçə kombini nəzərdən keçirməyi təklif edir.
Dramatik
Qara rənglərin üstünlük təşkil etdiyi dramatik dəstə zərli yubka əlavə edin. Lakonik dikdabanla bəzəkli çanta obrazın tamamlayacısı rolunda çıxış edir. Hər hansı digər yubka modeli üzərində dayanmaq olar, amma bu stil dramatik dəst üçün idealdır. Makiyajda qırmızı tonlardan istifadə artıq olmayacaq.
Klassik
Bənövşəyi rəngli kostyum klassik obraz yaratmaq üçün uğurlu seçimdir. Pencəyin altından şifon və ya ipək mayka geyinə bilərsiniz. Dar balaqlı şalvarı bəzəkli ayaqqabı, qrafik dizaynlı sırğa və məxmər çanta ilə vurğulamaq yerinə düşəcək.
Güllü
Güllü dəstlər də Yeni İl axşamı üçün ideal qərar ola bilər. Köynəyin qolları artıq inci dekorla işlənib, lakin bu, bir cüt mirvari sırğa taxmağa mane olmayacaq. Mirvarilər iri gül naxışları ilə əla görünür.
Əgər daha təmkinli təsir bağışlamaq istəyirsinizsə, şalvarı klassik qara versiyası ilə əvəz edin.
Romantik
Ətəyi volanlı xalat-donlar romantik qadın tipajının bədən quruluşunu vurğulayacaq. Məxməri zümrüd dikdabanlar ilə parlaq klatçın vəhdəti obraza Hollivud dəbdəbəsi əlavə edəcək. Uzun qotaz sırğalar üzə dinamika gətirib bayram əhval-ruhiyyəsini vurğulayacaq.
Eleqant
Zərif assimetrik kombinezon eleqant obraz üçün mükəmməl təklifdir. Qeyri-adi sırğalar dəstə daha mürəkkəb və maraqlı bir görünüş qazanacaq. Dərin qırmızı məxmər stilettolar ilə qızıl zəncirli ağ çanta bayram parıltısını mümkün qədər artıracaq.
Qonaqlıq
Uzun dama-dama paltar, düyməli jaket və bir cüt bantik sığra qohumlarla Milad naharı üçün uğurlu birləşmədir. Monotonluğu azaltmaq üçün obraza uzunboğaz zoğalı dəri çəkmə və çanta əlavə edin.
Korporativ bayram şənliyi
Razılaşın ki, Yeni ilə bir neçə gün qaldıqda, yalnız iş planlarında olsa belə sehrli görünmək istəyirik. Ağ detallardan ibarət obraz həmkarlarınızı sizə baxmağa məcbur edəcək. Bir nüans var: modern qar qızı obrazını yağışlı günlərdə təxirə salın.
Kraliçasayağı
Dəbdəbəli yeni il şənliyi dostlarınıza və yaxınlarınıza nə qədər əla zövqünüz olduğunu nümayiş etdirmək üçün gözəl bir fürsətdir. Merilin Monro üslubunda bir paltar, Zoluşka tuflisi və mavi palto sizi axşamın bənzərsiz ulduzuna çevirəcək.
Yeni il balı
Bala getməyə hazırlaşırsınızsa, açıq çəhrayı çarlarların çoxluq təşkil etdiyi belə bir fransızsayağı dəstdən nümunə götürməyə dəyər. Qabarıq don, zərif zamşa dikdaban, qızılı çanta, çəhrayı palto və incə sırğalar ətrafa əsl bayram əhval-ruhiyyəsi yayır.
Sehrli bayram gecəsi fərqli fasonları sınamaq üçün gözəl bəhanə ola bilər. Zümrüd libas məziyyətləri vurğulamağa, qadın siluetini ön plana çıxarmağa kömək edərək qüsurları gizlədəcək. Obrazı zümrüd çaları ilə ziddiyyət təşkil edən tünd qırmızı ayaqqabılar və yeni il rənglərini özündə birləşdirən sırğalar ilə tamamlayın!
Aytən Məftun
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Sosial12:32
Dron hücumu: Bakıdan Minvoda uçan təyyarə geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı