Dəb
Aygün Kazımovanın 2018-ci ildə ən çox yadda qalan LİBASLARI – FOTO
Gələn ay 48 yaşını qeyd etməyə hazırlaşan Xalq artisti Aygün Kazımovanın geyimdə heç bir sərhəd tanımadığı hər kəsə çoxdan bəllidir.
Publika.az xəbər verir ki, son bir neçə ildə səhnə fəaliyyətini aktivləşdirən, fasiləsiz olaraq öz üzərində çalışan diva hər çıxışı ilə tamaşaçılarda heyrət doğrur. İstər varlığı, istərsə də ifası ilə hər yerə şuxluq gətirən, insanları müsbət əhval-ruhiyyəyə kökləyən müğənninin çılğın xarakteri geyimlərində də əks olunur. Maraqlıdır ki, bir çox həmkarlarından fərqli olaraq Xalq artistinin geyim seçimləri arasında xarici brendlər üstünlük təşkil etmir. Əksinə, onun bütün maraqlı obrazları yerli dizaynerlərin işləridir.
Artıq 2 ildir ki, Aygün Kazımova dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılla sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, onların tandemi çox uğurlu alınır.
A.Kazımovanın Azərbaycan mədəni həyatında mühüm rol oynayan “Jara” Beynəlxalq Musiqi Festivalı və Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimlərindəki çıxışlarının müəllifi də “Afffair” brendinin yaradıcısı Rüfət İsmayıla aiddir. R.İsmayılın sehrli əlləri həqiqətən də Kazımovanı Azərbaycan səhnəsinin ən dəbli ulduzlarından biri edib.
İstənilən üslubda seksuallığını vurğulamağı xoşlayan artistin qarderobunda bu il klassik kişi kostyumları nəzərə çarpıb. Bununla belə müğənninin səhnə geyimləri daha çox diqqətəlayiqdir.
Gəlin, Xalq artistinin yola salmaqda olduğumuz ildə yaddaqalan libaslarını nəzərdən keçirək...
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



















.jpg)







.jpg)








