Dəb
Məşhurlar qırmızı xalçada heyranedici ziyafət libaslarında - FOTO
Xəbər verdiyimiz kimi, dünən Los-Anceledə “Qızıl Qlobus” kino mükafatlarının təqdim olunma mərasimi baş tutub.
Publika.az xəbər verir ki, Los-Ancelesdəki "Beverli Hilton" hotelində keçirilən 76-cı “Qızıl Qlobus” mərasiminə aktrisa Enn Heteuey, Penelopa Kruz, Holli Berri, Nikol Kidman, Ketrin Zeta-Cons, Kristen Bell, Ayla Fişer, Emi Adams, Şarlz Teron, Culiya Roberts, Lyupita Nyunqo, Ember Herd, Emma Stoun, məşhur model İrina Şeyk, Haydi Klum və başqaları qatılıb.
Ötən il məşhurlar kino sahəsində gender bərabərsizliyinə etiraz əlaməti olaraq və cinsi təcavüz qurbanlarına qarşı həmrəylik nümayiş etdirmək üçün qırmızı xalçaya qara libaslarda çıxmışdı. Builki mərasimin qırmızı xalçasında isə çox sayda rənglər nəzərə çarpırdı. Məsələn, İrina Şeyk başdan ayağa qızılı saplarla toxunma paltar seçib, Ledi Qaqa “Valentino Couture” moda evindən olan açıq mavi libası ilə kamera qarşısına keçərək poza verib. Yeri gəlmişkən, onun saçları da paltarı ilə həmahəng idi.
Bu il ulduzların favoritləri arasında payetlər üstünlük təşkil edib. Bu yerdə aktrisaların köməyinə “Louis Vuitton”, “Givenchy”, “Alexander McQueen”, “Gucci” və başqa moda evləri gəlib. Culiana Mur, Ceymi Li Ketris isə başdan ayağa bəyaza bürünüb. Cessika Çesteyn, Haydi Klum və Penelopa Kruz qara parlaq geyimləri ilə harmoniya yaradıb.
Gəlin, ulduzların “Qızıl Qlobus 2019”un qırmızı xalçasında nümayiş etdirdiyi ən yadda qalan ziyafət libaslarını nəzərdən keçirək.
Aytən
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi





































.jpg)


