Dəb
Dünya şöhrətli azərbaycanlı dizayner ÖZ ULDUZUNU SEÇDİ - FOTO
Xəbər verdiyimiz kimi, azərbaycanlı dizayner Rüfət İsmayıl 13 fevral tarixində, Nyu-Yorkda yeni kolleksiyasını modapərəstlərə təqdim edəcək.
Publika.az xəbər verir ki, “Afffair” brendinin yaradıcısı Rüfət İsmayılın modanın paytaxtında nümayiş olunacaq kolleksiyası "Butterfly Effect" (Kəpənək effekti) adlanır. Markasının adını dünyaya tanıtdıran dizayner yeni kolleksiyanın yaradılmasında adından göründüyü kimi kəpənəklərdən ilham alıb.
Uzun müddətdir öz fəaliyyətini Türkiyədə davam etdirən moda ustasının dəfiləsinin əsas modeli Tülin Şahin olacaq. Bu barədə R.İsmayıl özü məlumat verib. Dünyaca məşhur model Sindi Krouforda bənzərliyi ilə diqqət çəkən Tülin Şahinin Amerikaya gedişi artıq səs-küy yaradıb. Amerika mətbuatı Tülin Şahinin moda həftəsində iştirakını "Türkiyəli Sindi Nyu-Yorka gəlir" başlığı ilə təqdim edib.
Məlumat üçün bildirək ki, Cennifer Lopes, Cordana Hyuston, Alan Tapiqliana, Loren Xureqi, Erik Kostell və digər məşhur Hollivud ulduzları dizaynerin işlərinə müraciət edib. Dizayner əmindir ki, kolleksiyasından geyinən ulduzların sayı getdikcə daha artacaq. Ən əsası, o artıq öz məqsədinə çatıb, dünya şöhrətli moda dizayneri olmağı bacarıb.
Onun dəb şouları Milan, Florensiya, Tehran və digər şəhərlərdə keçirilib. Keçən il Fashion TV kanalı həmyerlimizi 2018-ci ilin ən yaxşı avropalı dizayneri mükafatına layiq görüb. "Türkiyənin ən yaxşı dizayneri" seçilən Rüfət İsmayıl Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır.
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO




































