Dəb
Yaz dəbini saç aksessuarları diktə edəcək - FOTO
Gələn mövsüm bütün diqqət saç bəzəklərinə yönələcək.
Publika.az xəbər verir ki, bahar aylarında saç bəzəkləri xüsusilə aktual olacaq. Fantaziyaları tükənməyən dizaynerlər keçmiş dövrlərdən ilham alamağa davam edir və orada çoxdan unudulmuş nəfis elementləri təkrar-təkrar günümüzə daşıyırlar. İndi də 90-cı illərin vaxtı yetişib. 90-cı illərin kəmər çanta, pijamasayağı geyim stillərindən xeyli istifadə edib gözümüzün qurdunu öldürdük. İndi isə növbə saç bəzəklərindədir.
Yaz-yay aylarında obodok, rezin, saç lenti, saç bantları və saç sancaqları trend olacaq. Belə elementlər dəsti zənginləşirib ona xoş ştrixlər əlavə edəcək. Əminliklə deyə bilərik ki, tendensiya qızların zövqünü oxşayacaq: maraqlı, qeyri-adi, hətta ekssentrik saç sancaqları asanlıqla çanta və sırğa kimi başqa aksessuarları əvəz edəcək. Məsələn, məxmər və ya zərli obodok obrazın bütün yükü öz üzərində daşıya bilər. Hətta sadə cins və lakonik ağ tişört geyinsəniz də, saçınızdakı bu detal bütün obrazı bəzəyəcək.
Hər hansı bir dekordan məhrum olan kiçik metal sancaqlar və rezinlər də saçlar üçün uyğundur. Əsas qayda saçınızın rəngiylə ziddiyyət təşkil edən aksessuarları seçməkdir. Yadda saxlayın ki, saç bəzəkləri yeni mövsümdə sadəcə saçları yığmaq üçün asan bir yol deyil, həm də dəbli obrazın əsas üstünlüklərindən biridir. Odur ki, saç bəzəklərinə layiqli diqqəti göstərməyə dəyər.
Aytən Məftun
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO




































