• USD 1,7000 0,00% EUR 1,9202 -0,07%
    • GBP 2,2177 -0,11% RUB 0,0266 +0,38%

İspaniya kraliçasının obrazını tamamlayan zinət əşyaları - FOTO

  • Dəb
  • 7 Fevral 2019 19:10
  • 942 Baxış
İspaniya kraliçasının obrazını tamamlayan zinət əşyaları - FOTO

Sırğalara böyük rəğbət bəsləyən İspaniya Kraliçası obrazını istər xüsusi dizayn, istərsə də ucuz bəzək əşyalarını tamamlamağı sevir.

Kraliça Letisiya müxtəlif formaları sırğaları sınaqdan keçirməyi xoşlasa da, onların hər biri demək olar ki, füsunkardır. Əlahəzrətin ən rahat dəstlərini bu aksessuar olmadan təsəvvür etmək mümkün deyil. Bu, “Chanel”in bir cüt bahalı mirvarisi, yaxud da demokratik brendlərin ucuz qiymətli bəzəkləri də ola bilər. Qarderobuna “Zara” kimi brendlərin məhsullarını daxil edən kraliça bəzək mövzusunda da eyni prinsipə əsaslanır. Onu geyimin və aksessuarın qiymətindən daha çox üzərində necə görünməsi maraqlandırır. Odur ki, sahib olduğu ali nüfuzuna baxmayaraq, özünü yalnız qiymətli zinət əşyaları ilə məhdudlaşdırmır. O, bəzək əşyalarını xüsusi qayğı və ehtiyatla seçərək nəinki öz obrazı ilə, həm də makiyajı ilə mükəmməl ahəngə nail olur.

İspan kraliçasının mücrüsünə nə qədər sırğa daxil olduğunu saymaq mümkün deyil, 2014-cü ildə həyat yoldaşı İspaniya kralı təyin olunduqdan sonra krallığın qiymətli əşyalarından limitsiz istifadə əldə edib. Habelə o, şəxsi kolleksiyasına sahibdir. Bir çox bəzəklərini isə kraliça Letisiya zərgərlik evlərinin hədiyyəsi kimi qəbul edib. Ola bilsin ki, bu, krallıq ənənələrinə ziddir, lakin ölkədəki iqtisadi vəziyyəti nəzərə alsaq, ona haqq qazandırmaq olar. Bundan əlavə, Letisiya "Coolook", "Tous", "Mango" və əlbəttə ki, "Zara" kimi markaları çox yaxşı reklam edir.

Yaqut və brilyantlarla işlənmiş sırğaları Letisiya ilk dəfə “Expansión” qəzetinin 30-cu ildönümü münasibətilə təşkil edilən mərasimdə taxmışdı. Keçmiş jurnalistika karyerasını nəzərə alsaq, o daha zərif aksessuara üstünlük verə bilərdi.

İstisna halları çıxsaq, tünd rənglərə üstünlük verən kraliça açıq rəngli daş-qaşları taxmağı sevmir. Bunu o, gözlərinin açıq rəngli olması ilə izah edir. Bununla belə kolleksiyasında bir neçə maraqlı nümunəyə rast gəlmək olar.

Bijuteriyalara sevgisini heç vaxt gizlətməyən Letisiya ucuz bəzək-düzəkləri axşam obrazlarına da əlavə edir. Nəticə uğurlu və daha ucuz alınır. Məsələn, “Parfois”dən olan bu sırğaların qiyməti cəmi 6 avrodur.

Kraliça brilyant qaşlı sırğaları xüsusi hallarda taxır.

İri və qeyri-adi formaları sırğalar monarxların qulaqlarında nadir hallarda parıldayır. Ancaq çoxlarına məlumdur ki, Letisiya krallığın geyim-koduna itaət edən biri deyil. Məsələn, şəkildəki yoğun qızılı halqalar “Mango” dandır.

Zərif və klassik dizayn kraliçanın üslubuna xas deyil, bununla belə qeyd etmək lazımdır ki, yaşıl oniks İspaniyanın Kraliçasının gözləri ilə mükəmməl ahəng yaradıb.

Məşhur Fransız markası - “Chanel”dən olan budaqvari sırğalar əlahəzrətin ən qiymətli və hörmətli zinət əşyalarından biridir. Kraliçanın “Chanel” sırğalarını tez-tez istifadə etməsi bu faktı bir daha təsdiq edir. Onların kiçik forması isə aldadıcıdır: 18 karatlıq ağ qızılın qiyməti 6,400 avrodur.

İspaniya kraliçasının açıq mavi qaşlı daha bir nadir sırğa nümunəsi. “Bulgari”dən olan ağ qızıl sırğalar əlahəzrətin kolleksiyasının ən bahalı bəzəyidir.

Yaxından baxsanız, bu sırğaların ağzında dişi iri daşları saxlayan şir şəklində yaradıldığını görərsiniz. Orijinal dizayn Anton Heunis butikinə aiddir.

12 avroluq parlaq və irihəcmli növbəti sırğa cütü “Zara”ya aiddir.

İspan markası - “Coolook” kral Flippin həyat yoldaşının favoritləri sırasındadır. Bu marka ona gözəllik ilhamının tükənməz bir mənbəyi verir. Sırğalardakı çalarlar kraliçanın makiyajı ilə mükəmməl uyğunluq yaradıb.

İspan kraliçası yaşıl rəng çalarlara olan sevgisinə baxmayaraq, onları istisna hallarda taxır.

Bu sırğaların qiyməti məlum deyil, amma dizaynın incəliyi və brilyantların təmizliyi nəzərə alınsa, minlərlə avro dəyərində hesablanır. Yeri gəlmişkən, onlar kraliçanın qayınatası ilə qayınananın toy hədiyyəsidir.

“Tous” Letisiyanın bəyəndiyi başqa bir ispan markasıdır. Bu, yarı qiymətli daşlara olan sevgisinə tam cavab verir. Əlahəzrətin bu markanın bütün ölçülərdə və rənglərində olan sırğalarına sahibdir. Xrizopraz ilə sarı qızıldan və ehtimal ki, yaqutlardan hazırlanan zinət əşyası ən parlaq sırğa cütlərindən biridir.

Letisiya bu sırğaları tez-tez və demək olar ki, olaraq istənilən dəsti ilə taxır. Lakin bu, təəccüblü deyildir: iki parlaq çalar ilə nəcib bozun vəhdəti imkan verir ki, onu istənilən geyimlə uyğunlaşdıraq.

Letisyanın “Coolook” markasına olan sevgisinin daha bir sübutu. Yaşıl və çəhrayının müxtəlif tonlarından ibarət olan irihəcmli sırğalar kraliçanın tvid kostyum ilə mükəmməl uyğunluq təşkil edib.

İspan kraliçasını ən effektli və qiymətli sırğalarını Böyük Britaniyaya dövlət səfəri zamanı rəsmi ziyafətdə taxmışdı. Tamamilə brilyant daşlardan mürəkkəb yarpaq şəklində yerinə yetirilən sırğanı böyük göy sapfirlər tamamlayır. Zinət əşyasının hansı zərgərlik evinə aid olduğu məlum deyil - müşahidəçilərin fikrincə, bəlkə də bu Yaxın Şərq krallıqlarından birinin hədiyyəsidir.

Aytən Məftun

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR