Dəb
Brendlərin irqçilik səhvləri
“Gucci” brendi yenə dünyanın diqqətini öz üzərinə çəkməyə nail olub. Amma bu dəfə yeni kolleksiyanın yaradıcıları "Gucci" sevənlərin hiddətinə səbəb olublar. Belə ki, yun qara sviterin boğazındakı dodaq yarığı rasizmin bariz nümunəsi hesab edilib. Sosial şəbəkə istifadəçilərinin qaradərililərə qarşı irqi təhqir iddiasından sonra brend rəhbərliyi "Gucci"nin rəsmi səhifəsində açıqlama yayımladı. Açıqlamada deyilib ki, həmin qara sviter dərhal satışdan çıxarılacaq və bu hal komanda üçün unudulmaz həyat dərsi olacaq.

Publika.az xəbər verir ki, "Gucci"dən əvvəl “Prada” brendi də oxşar qalmaqalla rastlaşmışdı. Belə ki, Pradamalia kolleksiyasındakı Otto Toto adlı meymun fiquru irqçiliyə işarə kimi dəyərləndirilmişdi.

Xatırladaq ki, bu payız “Dolce & Gabbana” şirkəti rasizmdə günahlandırıldı. Odur ki, brend Şanxaydakı şounu ləğv etmək məcburiyyətində qaldı. Səbəb isə çinli qızın pizza, kanolli və spagettini taxta çubuqla yeməyə cəhd etdiyi reklam çarxı idi. Reklam Çin mədəniyyəti üçün təhqir hesab edilərək, bir müddət ölkədə brendin satışına qadağa qoyuldu.
Leyla Sarabi
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi



















.jpg)







.jpg)








