Dəb
Amerikalı məşhur “Qremmi”nin qırmızı xalçasına azərbaycanlı dizaynerin hazırladığı libasda çıxdı – FOTO
Xəbər verdiyimiz kimi, bazar günü “Qremmi” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, gecənin ən maraqlı hadisəsi “Qremmi” laureatlı müğənni Aşanti ilə amerikalı ifaçı İnasksın qırmızı xalçaya azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasında çıxması olub. Bu barədə “Afffair” brendinin yaradıcısı özü instaqramda məlumat verib.
Məlumat üçün bildirək ki, Rüfət İsmayılın “Kəpənək Effekti” adlı yeni kolleksiyası sabah Nyu-Yorkda moda həftəsində nümayişə çıxacaq. O, ilk və hələlik yeganə Azərbaycan və türk dizayneridir ki, kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı isə onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri hesab edib.
Dizaynerin ulduz alıcıları arasında Beyons, Cey Lo, Cordana Hyuston, Alan Tapiqliana, Loren Xureqi və başqalarını misal çəkmək olar. "Türkiyənin ən yaxşı dizayneri" seçilən Rüfət İsmayıl Azərbaycanda əsasən Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır.
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq









.jpg)

.jpg)


.jpg)






















