Dəb
Qara çantalarla sağollaşmaq vaxtıdır – FOTO
Mövsümün qaynar trendi qarderobunuza mütləq kök salmalıdır.
Publika.az xəbər verir ki, qışda tez ləkələndiyi üçün ağ ayaqqabı və çantaları kədərlə bir küncə atırıq. Sadəcə bədənimizi deyil, ruhumuzu da isidən yaz mövsümü imkan verir ki, uzun müddət qarderobda “işsiz-gücsüz” qalan ağ geyim və aksessuarlardan indi doyunca istifadə edək. Odur ki, "təravətləndirici" aksessuarı xatırlamaq zamanıdır.
Dizaynerlərin sözlərinə görə, çantalarda ağın bütün çalarları bu yazın ən uğurlu aksessuarı olacaq. Dünyanın bir çox lüks və demokratik moda evləri ağ çantalar təklif edir. Bu baxımdan dizaynların çeşidləri də olduqca fərqli və orijinaldır.
Əgər 2017-ci ildə podiumları ağ dəri botlar zəbt etmişdisə, indi 1960-cı illərin müxtəlif ölçülü ağ çantaları trend zirvəsini fəth etmək üzrədir. Xüsusilə “Balenciaga” brendinin futuristik, “Chanel”in isə miniatür ağ çantaları modapərəstlərin böyük diqqətini çəkib.
Yadda saxlayın ki, bəyaz çantalar açıq və eyi rəngli ayaqqabılarla daha mükəmməl təsir bağışlayır.
Aytən Məftun
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








