Dəb
Ayaqların zərifliyini vurğulayan yeni trend - FOTO
Slinqbek adlanan arxası kəmərli tuflilər 1957-ci ildə hər bir özünə hörmət edən modapərəstin qarderobunun məcburi predmeti idi. Əfsanəvi dizayer Qabriel Şanelin təqdim etdiyi ikirəngli (bej və qara) ayaqqabılar qısa müddətdə böyük populyarlıq qazanmışdı.
Publika.az xəbər verir ki, 2015-ci ildə Karl Lagerfeld Qabriel Şanelin uğurunu təkrarlayaraq iti burunlu arxası açıq tuflilərin yeni versiyalarını yenidən dəbə qaytarır. Bu ayaqqabılar ötən əsrin stil bir çox ikonalarının, xüsusilə şahzadə Diananın sevimli modeli idi. Demək olar ki, bütün çıxışlarında onun ayağında bu modeli görmək olardı.
.jpg)
Bu gün isə iti burunlu, alçaq dabanlı və arxası kəmərli ayaqqabılar klassika və zəriflik təcəssümü hesab olunur. Slinqbeklər bu mövsüm əsas ayaqqabı trendidir. 2019-cu ilin yaz və yay ayları üçün moda evlərinin kreativ dizaynerləri slinqbeklərin müxtəlif versiyalarını təklif edir. Onların bu model üzərində apardığı eksperimentlər çox uğurlu alınıb. Buradan o nəticəyə gəlirik ki, ayaqların zərifliyini ön plana çıxaran slinqbeklər hər bir xanımda olmalıdır. Nümunə üçün madmuazel Şanel və Karl Lagerfeldin iki rəngli tuflillərinə bir neçə alternativ seçmişik.
Aytən Məftun
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








