Dəb
Çanta və ayaqqabılarda tam şəffaflıq – FOTO
Supermarketlərdə birdəfəlik paketlərə "yox", amma uzunömürlü polimerlərə "hə" deyirik.
Astroloqlar proqnozlarında məsləhət verir ki, yaz-yaz mövsümündə dünyaya açıq olmaq lazımdır. Dizaynerlər bu tövsiyyəni şiddətlə dəstəkləyirlər. Əks halda plastikdən hazırlanan bir sıra şəffaf səndəl və çantaların qarderobumuza yol tapmasını necə izah etmək olar?
Publika.az xəbər verir ki, “Prada”, "Jil Sander”, “Miu Miu”, “Fendi”, “Versace”, “Chanel” və digər lüks markaların plastik və şəffaf çanta və ayaqqabıları yenidən dəbə gətirməsi demokratik brendlərin kolleksiyalarına təsirsiz ötüşməyib. Odur ki, polimer ayaqqabı və aksesuarlar bu mövsümün isti trendi adlandırmaq olar.
Geniş və ya kiçik plastik çantalar yay paltarınızın hər birinə uyğun olacaq və parlaq bikini ilə möhtəşəm görünəcəklər.
Əgər siz öz çantanızın içindəkiləri dünyaya göstərməyə hazır deyilsinizsə, yarımşəffaf ayaqqabıya baxmağı məsləhət görürük. Dizaynerlərin təklif etdiyi çeşidlər müxtəlifdir, buraya dikdaban bosonojkaları, alçaq və ya hündürdaban saboları və ya rəngli versiyaları daxil etmək olar.
Stilistlər şəffaf çanta və ayaqqabıları birlikdə istifadə məqsədəuyğun hesab edir. Çanta və ayaqqabının eyni rəngdə olması köhnəlmiş dəb qaydası olsa da, bu vəhdət şəffaf ayaqqabılarda aktualdır.
Aytən Məftun
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








