Dəb
Dəbdə intibah dövrü: mirvari bəzəklər yenidən istək obyekti oldu - FOTO
Bu yay mirvari aksessuarlar dəbdədir.
Publika.az xəbər verir ki, bu mövsüm mirvarilərin hər cür forması qarşımıza çıxacaq. Mirvari boyunbağılar, sırğalar, hətta saç bəzəkləri yeni mövsümdə mücrüdən çıxarılmaq şansı qazanıb. Lakin qeyd etmək lazımdır ki, bu dəfə dizaynerlər adət edilmiş mükəmməl formaları kobud və asimmetrik mirvarilərə dəyişib. İndi dənizdən çıxarılan əyri-üyrü sədəf dəbdir. Əbədi klassika öz görünüşünü dəyişərək daha cəsarətli və böyük olub. Qeyri-adi böyüklükdə mirvari bilərzik, sırğa, saç bəzəyi və üzüklər hər bir modapərəstin diqqətini çəkməyi və hər zövqə xitab etməyi bacarıb.
Barokko

"Barokko" portuqal dilindən tərcümədə əyri-üyrü miravi deməkdir. Odur ki, barokko mirvarilər kimi hər şeydə ekssentrik olmağa meyllidir. Böyük və assimetrik incilərin metalla vəhdəti, eləcə də dəbdəbə və teatrallıq müasir bəzək əşyaları və “təmtəraqlı” sözündən qorxmayanlar üçün xarakterikdir.
Minimalizm

Parlaq daş-qaşlarla işlənmiş həcmli sırğaları və kaffların yerini bu yay zərif mirvarilər tutacaq. İkinci həyat qazanan mirvarilər yeni formaları sayəsində yenidən bədii obrazların yaradılmasında ayrılmaz detal olacaq.
Saç bəzəkləri

Mirvari saç aksessuarları yeni mövsümün əsas trendinə çevrilib. Mirvarilər istər obodoklara, istər saç sancaqlarına, istərsə də saç rezinlərinə xüsusi bəzək verir.
Aytən Məftun
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








