Dəb
Yay qarderobunun romantik trendi - FOTO
Ayaqların zərifliyini vurğulayan və maksimum ön plana çıxaran yarıqlı yubkalar yayın ən romantik trendidir.
Publika.az xəbər verir ki, bütün qışı ayaqlarını kobud çəkmə və qalın cinslərdə gizlədən xanımlar romantik tendensiyanın sayəsində bu mövsüm ayaqların gözəllyini nümayiş etdirə bilər.
Ötən əsrin ortalarından etibarən ictimai əxlaq normaları daha az acımasız olmağa başladı, beləliklə dizaynerlər qapalı uzun yubkalarda yarıq açaraq onları dəbə gətirdi. Onda mini yubka inqilabına çox qalmışdı, ancaq qadınlar küləyin istənilən zərbəsi ilə açılan və dizləri göstərən yarıqlı yubka geyinmək imkanına sahib olmuşdu.
2019-un yaz-yay kolleksiyalarında bir çox dizaynerin yarıqlı yubka modelinə müraciət etməsilə onlar yenidən aktuallaşdı. Belə yubkaları ağ-qara maykalarla, qısaqol köynəklərlə, toplarla, kombinasiyasayağı ipək bluzlarla, daha sərin havalarda isə nazik trikotajlarla geyinməyi məsləhət görürük. Yüngül materialdan hazırlanan yubkaların zərifliyi və oynaqlığı sadəcə sizi deyil, ətrafdakıların da əhval-ruhiyyəsinə müsbət təsir edəcək.
Dəb mütəxəssisləri istənilən zövqə xitab edən modellər təklif edir: güllü, zolaqlı, dama-dama və xallı. Belə yubkaları getdiyiniz yerdən asılı olaraq həm idman, həm də klassik ayaqqabılarla tamamlamaq olar. Onların həm düyməli, həm də volanlı və beli kəmərli versiyaları eyni dərəcədə aktualdır.
Aytən Məftun
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









