Dəb
1980-ci illərin qalın kəmərləri yenidən dəbdə - FOTO
Əgər bədən quruluşunun qədd-qamətli qalmasına çalışırsınızsa, yeni aksessuar tendensiyası xoşunuza gələcək.
Publika.az xəbər verir ki, 80-ci illərin qızılı toqqalı qalın kəmər dəbi yenidən aktualdır. Və bunu biz tanınmış model Emili Ratakovskiyə borcluyuq. Çünki qalın kəmərlər son dövrlərdə onun sayəsində məşhurlaşıb.
Madonna, Sindi Loper, ümumiyyətlə, hər bir qız 1980-cı illərin ortalarında boş köynək, don və sviterlərin üstündən enli kəmər taxırdı. İlk baxışdan diqqətçəkən bu akessuarı rahat geyimlərlə uyğunlaşdırıb özünəməxsus obraz yaratmaq dəbdə idi.
Bu gün stilistlər plastik və ya muncuqlarla işlənmiş qalın kəmərlərə deyil, daha klassik versiyalara yönəlməyi məsləhət görür. Dəri kəməri bəzəyən qızılı toqqalar axşam dəvətləri üçün də uyğundur. Əgər bədən quruluşunuz icazə verirsə, Emili Ratakovskinin bu stilini təkrarlaya bilərsiniz. Belə bir obraza cəsarət etməyən xanımlar isə donları, şalvar, ipək və şifon bluz, yaxud da bir qədər boş pencəkləri qalın kəmərlə uzlaşdıra bilər.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















