Dəb
Azərbaycanın ən dəbli kişisi - FOTO
Dünyanın ən şıq kişiləri öz üslubunu tapmağı bacaran kişilərdir. Bəli, üslubuna və görünüşünə laqeyd yanaşan kişilər var. Ancaq onların əksinə olaraq qarderobunu sənətkar incəliyi ilə seçən kişilər də az deyil. İkinci qrup haqlı olaraq düşünür ki, dəblə geyinmək və özünə qulluq etmək heç də ayıb deyil. Və unutmaq olmaz ki, xırdalıqları hesablamadan, möhtəşəm obraz yarada bilmərsiniz.
Publika.az xəbər verir, eks “Dəyirman” qrupunun məşhur üzvlərindən olan, son illərdə isə “5-ci element” verilişində özünü aparıcı kimi sınayan, eyni zamanda ətir biznesi ilə məşğul olan ABD Malikin instaqramda səhifəsi bunun sübutudur. Geyimlərində klassika ilə müasirliyi və rahatlığı effektiv şəkildə birləşdirən məşhur ayaqqabılarından, bilərzik, eynək və corablarına qədər bir çox detalı instaqramda paylaşaraq çoxuna ilham verir və nümunə olur. Özünəməxsusluğunu geyim yolu ilə ifadə edən Malik müsahibələrində də etiraf edir ki, pal-paltarına çox pul xərcləyir. Hər halda buna dəyər.

Loafer ayaqqabıların birnömrəli pərəstişkarı olan aparıcı qarderobuna bu modelin demək olar ki, bütün rənglərini daxil edib desək, səhv etmərik. Cib dəsmallarına laqeyd qala bilməyən ulduz kostyumların ciblərini onlarla bəzəməyi çox xoşlayır. Ümumiyyətlə, ABD Malik istənilən aksessuar seçiminə yaradıcı ruh və sənətkar ustalığı ilə yanaşır. Bu məqamda reperin üslubunda rəngbərəng corabların, kəmərlə ayaqqabı ahəngi və şlyapaların rolunu vurğulamasaq olmaz. Sonuncu üç detal sizə əhəmiyyətsiz fakt kimi görünsə də, dəstin uğurlu alınmasa da, həlledici payları böyükdür.

Məşhur reper gözəl repləri ilə yanaşı, həm də gözəl geyinməyi bilir. Stil çox sadə, əksinə, iddialı, sürrealist, klassik ola bilər, amma sahibini güclü bir şəkildə xarakterizə etdiyi üçün görünüşdə ruhun əksini və insanın temperamenti görmək hər zaman maraqlıdır. Bu baxımdan ABD Maliki məşhurlar arasında Azərbaycanının dəbli geyinən kişi sənətçisi adlandırmaq olar. Üslubunda həm sənətçi, həm də biznes xüsusiyyətlərini ön plana çıxaran ulduz daxili xarizmatikliyini xarici görünüşündə əks etdirə bilir.

Aytən Məftun
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















