Dəb
Günel Rüstəmova Parisdə kolleksiyasını təqdim etdi - FOTO
"Gyunel Couture” Moda Evi Parisdə keçirilən “Haute Couture” moda həftəsi ərzində “Le Meurice” otelinin “Tuileries” zalında öz payız-qış 2019-2020 kolleksiyasını təqdim edib.
Publika.az xəbər verir ki, "Babil asma bağları" adlanan bu kolleksiya kreativ direktorun atasının ona uşaqlıq illərində oxuduğu qədim dünyanın möcüzələri, mifoloji hekayələr və müxtəlif klassik tarixi səhnələrdən ilhamlanıb.
Moda Evinin kətandan-təsvirə prosesinə sadiq qalan Günel Rüstəmova səmada günəş panelləri və sürrealist çiçək şəlalələri ilə üzən futuristik binalarda sakinlik içində yaşayan tanrı və ilahələri təsvir edib.

Dizayner deyir ki, mən insan bədənli canlıları buludlara uyğunlaşdırmaq üçün ağ rəngə boyadım və bununla da yarı-şəffaf bur bir ruh duyğusu yaratdım.
Günelin təxəyyülündə surreal məlaikə və su qulyabanılarından ibarət dünya yuxarıdakı şəlalələr, sakin dağlar və asma bağlarla hüzurverici bir şəkildə birləşir.
İki hissə arasındakı boşluğa yüksəlmək üçün göy üzündə işıqdan qaranlığa doğru rəvan bir keçid var, Günelin orijinal düşüncəsinə görə, eyniadlı üçparçalı triptix-paltar levitasiya üçün bir neçə “Swarovski” kristalından asılıb.

Kolleksiyanın digər hissəsi qollardan və ətəklərdən asılı olan qotazlı kristal çiçəklərlə qarışıq hərəkətləri xatırladır.
Kolleksiyanın ilham qaynaqlarından biri də Günelin çox sevdiyi "Ölümsüz" filmində mərhum kostum dizayneri Eiko İsiokanın parçalar üzərində bürünclə yaratdığı tanrı və ilahələrin təsvirləri olub.
Kolleksiyada istifadə olunmuş rənglər qara, tünd göy, tünd qırmızı və bürünc ilə nanə tonu arasında gümüş, parlaq və ağ rəngin daha yüngül palitrasına keçid kimi görünür.

Parçalar yüksək keyfiyyətli organzalar, tam bəzədilmiş tüllər, metal parka, duşes və plisə edilmiş jurjet kimi digər ipək satinlərdəndir, o cümlədən, bütün asma bağlar, ilahilər və mühafizəçi cəngavərlərin naxışları, əsas bağçılıq mövzusuna uyğun olaraq lazerlə kəsilmiş çiçəklər, qırçın və qotazlı yazılardan aplikasiyalı elementlər Moda Evinin London atelyesində həyata keçirilib.
Qeyd edək ki, Günel Rüstəmova Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun qızıdır.
Leyla Sarabi
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















