Dəb
Payızın ən dəbli kombinləri: çiçəkli don və çəkmə tandemi - FOTO
Dəyişkən avqust ayı pıçıldayır ki, yağmurlu havalara hazırlıqlı olmağa dəyər, soyuqlar hər an qapıdan içəri girə bilər. Amma güllü donlarını çıxardıb yayı yola salmaq istəməyənlərə şad xəbərimiz var. Güllü donlarınızla vidalaşmağa tələsməyin. Onlar bir neçə ay sizə yoldaşlıq edə bilər. Amma bir şərtlə...
Publika.az xəbər verir ki, güllü yay sarafanları ilə qısaboğaz çəkmələr sentyabrın ən dəbli stili olacaq. Kobud çəkmələr ayaqlarınızı soyuqdan qoruyacaq, güllü donlar isə yayın isti günəşini xatırladacaq. Beləliklə də yayın bir az romantik, bir az da bohem üslubu payızda da sizə yoldaşlıq edəcək.
70-cı illər küləyi

70-ci illərin bohem stilini yaratmaq üçün əlbəttə ki, çiçəkli paltarları dəri çəkmələrlə uzlaşdırın. Bu vintaj görüntünü daha təsirli etmək istəyirsinizsə, mövsümün trendi olan Viktorian və ya kovboy çəkmələrinə üstünlük verə bilərsiniz.
Punk

İpli paltar ilə çəkmələri birləşdirmək payız üçün möhtəşəm fikirdir. Slip donlar zərifliyinizi vurğulasa da, rahatlığınızı itirmək məcburiyyətində deyilsiniz. Dəri çəkmə və gödəkçələr isə punk stilinin əsas tamamlayacısı olacaq.
Bəyaz çəkmələr

Sentyabrın payız sərinliyi və yaz günəşinə hamımız tanışıq. Belə havalarda “Nə geyinim ki, həm soyuq, həm də isti olmasın” sualı hamımızı düşündürür. Bu sualın ən yaxşı cavabı ağ çəkmələrdir. Artıq illərdir ki, ağ krosovkalar qarderobun ən çox geyilən ayaqqabılardır. İndi onları bəyaz çəkmələrlə əvəz etməyin əsl vaxtıdır.
Uzun köynəklər

Uzun və qalın köynəklər çəkmələrlə ideal uzlaşır. Həm əlverişli, həm rahat, həm də tərzdir. Belə dəstə daxil edəcəyiniz corablarla da obrazı xeyli maraqlı hala gətirə bilərsiniz.
Midi don və corab çəkmələr

Midi donlarla corab çəkmələri birləşdirərək qeyri-adi bir axşam stili yaratmaq mümkündür. Bu dəstdə çəkmə və paltarın rəng keçidi böyük əhəmiyyət daşıyır.
Aytən Məftun
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)


















