Dəb
Conni Deppin qızı gecədə göz qamaşdırdı - FOTO
Aktyor Conni Depp və fransız müğənnisi Venasa Paradinin qızı Lili-Rouz Depp Venesiya film Festivalında çıxışı ilə gecənin əsas ulduzuna çevrilib.
Publika.az xəbər verir ki, dünən Venesiya Film Festivalında daha bir premyera baş tutub. Bu dəfə tamaşaçılara baş rolda Timoti Şalamın oynadığı, V Henrixdən bəhs edən "Kral" filmi təqdim edilib. Aktyorla birlikdə çəkiliş heyətinin digər üzvləri, o cümlədən Lili-Rouz Depp (o, sonradan V Henrix kimi qələmə verilən Şahzadə Halın sevgilisi rolunu oynayıb), Joel Edgerton, Şon Harris, həmçinin ekran işinin rejissoru Devid Mişo da daxil olmaqla qırmızı xalıya çıxıblar.
20 yaşlı Lili-Rouz Depp çıxışı üçün “Chanel”dən solğun bənövşəyi paltarda seçib. Bu günə qədər bu festivalda gənc ulduz açıq pastel rənglərə üstünlük verir: məsələn, dünən edilən fotosessiya üçün yenə “Chanel”dən açıq çəhrayı bir paltar geyinmişdi.
23 yaşlı Timoti Şalam da kostyumu ilə publikanı təsirləndirib. Qırmızı xalıya “Haider Ackermann” moda evindən metal rəngli klassik kostyumda çıxan aktyor dəb mütəxəssislərinin müsbət rəylərini qazanıb. O, bu dəstini qara kovboy çəkmələri ilə tamamlayıb.
Xatırladaq ki, Lili-Rouz və Timoti arasında romantik duyğular təkcə ssenariyə sayəsində baş tutmayıb. Bir müddət əvvəl gənc aktyorlar bir neçə dəfə öpüşərkən paparatsilərə yaxalanmışdı. Təəssüf ki, müxbirlər təfərrüatı öyrənə bilməyib, məşhurların özü isə bu barədə danışmamağa üstünlük verir.
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı










.jpg)












.jpg)






.jpg)








