Dəb
Prezident qızının ilhamverici stilləri - FOTO
ABŞ prezidentini Donald Trampın qızı İvanka Tramp romantik stilləri ilə modapərəstləri ilhamdırmağa davam edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentinin 37 yaşlı qızı İvanka Trump indi Kolumbiyada səfərdədir. Gəzintidən fotoları İnstaqramda aktiv şəkildə paylaşır. İvankanın iş proqramı çox zəngindir. Belə ki, dünən Qadın Sahibkarlar Akademiyasının açılış mərasimində iştirak edib.
İvanka yeni saç düzümündə - möhtəşəm karedə görünüb. Prezidentin məsləhətçisi bu görüş üçün “Johanna Ortiz” moda evindən qolları volanlı və belinə peplum əlavə edilmiş solğun yaşıl paltar seçib. İvanka görünüşünü iri halqa sırğalar ilə tamamlayıb. Tədbirdə onu Kolumbiya vitse-prezidenti Marta Lyusiya Ramires müşayiət edib.
İvanka bütün iştirakçılar qarşısında çıxış edərək, layihənin ilk iştirakçılarına uğurlar arzulayıb:
“İşgüzar qadınlarla tanış olmaq şərəfdir! Onların hamısı bu gün olduğu yerlərə çatmaq üçün əhəmiyyətli çətinlikləri dəf edib. Bütün Kolumbiya kimi, onlar geriyə baxmırlar, yalnız irəli. Gələcəyin ruhunu təcəssüm etdirirlər və mən onların uğurlarının dünyamızı dəyişdirəcəyini gözləyirəm” , - deyə İvanka sosial şəbəkələrdə yazıb.
Axşam İvanka Kolumbiya Prezidenti İvan Duke Markes və həyat yoldaşı Mariya Culiana Ruizin qəbulunda olub. Dəbdəbəli nahar dövlət başçısının rəsmi iqamətgahı - Kasa de Narinhoda keçirilib.
Bu gecə üçün də İvanka “Johanna Ortiz”dən parlaq sarı rəngli daha bir möhtəşəm paltar seçib. Beləliklə, İvanka ev sahibinə hörmət əlaməti olaraq hər iki paltarını Kolumbiya markasından seçib. Yeri gəlmişkən, marka 2009-cu ildə Parsons Dizayn Məktəbinin məzunu Oyhanna Ortiz tərəfindən qurulub. Büzmə və volanlar dizaynerin korporativ stilidir: məhz cəsarətli elementlər adət edilmiş fasonlara orijinallıq əlavə edir.
Aytən Məftun
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO














.jpg)



















