Dəb
Dəb imperatriçasından zövqlü görünməyin 6 qaydası - FOTO
Dizayner, 4 uşaq anası, həyat yoldaşı və şəxsi dəb imperiyasının yaradıcısı Viktoria Bekhemin hər çıxışı sözsüz ki, hədəfə atılmış stil oxlarıdır. Bir gün o, mükəmməl uyğunlaşdırılmış karamel rəngli kostyumda Parisdəki bir işgüzar görüşə tələsir və sabah isə midi yubka geyinərək böyük oğlu Bruklinlə birlikdə Londonun məşhur restoranlarının birində nahar edir.
Viktoriya özü lakonik, minimalist, monoxrom çalarlar və axıcı siluetlərin pərəstişkarıdır. Publika.az onun obrazlarından ilhamlanaraq oxucuları Vikinin həmişə yadda saxlamaq lazım olan altı dəb qaydaları ilə tanış edib.
1. Çantanı əldə saxlayın
Hətta çantanın kəməri və qısa qulpları olsa da.
2. Soroçkanın və ya donun altından vodolazka geyinin.
Qarderobun bu elementi sizi istənilən vəziyyətdən xilas edəcək. Onun hesabına birinci qat daha dəbli görünəcək.
3. Cins və futbolkaları birləşdirin
Bu ikisinin birləşməsi mükəmməl alınır. Xüsusilə köynəyin yarı hissəsi içəri keçirilibsə.
4. Parlaq rənglərdən qorxmayın
Qırmızı, çəhrayı, mavi və digər zəngin çalarlarda eksantrik görünməyəcəksiniz, əgər onların kəsimi lakonikdirsə.
5. Hərdən hündürdabanları yada salın
Sözsüz ki, krosovkalar inanılmaz dərəcədə rahatdır, ancaq hündürdabanlar istənilən obrazı zərif etməyə qadirdir.
6. Klyoş şalvarlara etibar edin
Viktoria Bekhemin sözlərinə görə, bu şalvarlar hər vəziyyətdə kömək edir.
Aytən Məftun
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
















.png)

.jpg)


.jpg)
















