Dəb
Trampın modapərəst qızı geyimi ilə çoxlarına ilham verdi - FOTO
ABŞ prezidentinin sağ əli və ya qızı İvanka Trampın stili yenidən gündəm yaradıb.
Publika.az xəbər verir ki, İvanka Tramp hər il yanvar ayında Las-Veqasda keçirilən, illik ticarət sərgisi və elektronika sahəsindəki ən son yeniliklərə həsr edilən “Consumer Electronics Show”da iştirak edib. Özünəməxsus tərzi ilə çoxlarını ruhlandıran İvanka bu dəfə tünd göy zolaqlı kostyumu ilə diqqət mərkəzində olub.
Tədbir üçün ABŞ prezidentinin müşaviri ağ zolaqlı və eyni rəngdə düymələri olan kostyum seçib. Həmişə olduğu kimi, yüksək dabanlı stilettoları işgüzar imicin tamamlayıcısı vəzifəsini yerinə yetirib. Bir müddət əvvəl uzun saçlarını kare düzümə dəyişən stil ikonasının kostyumu ilk baxışdan olduqca adi görünür: klassik düz şalvar və pencək. Ancaq pencəkdə iki nadir detal var - iti uclu yaxalıqlar və ağ düymələr. Dik və bir qədər uzun ucları olan belə yaxalıqlar boyu vizual olaraq daha hündür göstərir. İdeal olaraq, onların uzunluğu kostyum sahibinin çiyin xəttinin ortasına çatmalıdır.
Bu mürəkkəb kəsim vaxtı ilə xüsusi hörmətə sahib idi. 16-cı əsrdə XIV Lüdovikin paltoları məhz belə tikilirdi. Tarixçilər inanır ki, bu trendin yenidən qayıtması moda şıltaqlığı ilə əlaqəli deyil. Ancaq sırf praktik səbəblərə görə - belə yaxalıqları qaldırmaq asandır ki, bu da əlverişsiz hava şəraitində boyunu yağış damcılarından qorumağa imkan verir.
Lakin bu detal onu saray üslubuna gətirən modapərəst padşah sayəsində populyarlaşdı və bu günə qədər kişi-qadın pencək və smokinqlərini bəzəməyə davam edir. Stilistlər əmindir ki, İvankanın seçimi dəb dünyasında yeni trendin məşhurlaşmasına təsirsiz ötüşməyəcək.
Aytən Məftun
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?












.png)





.jpg)



.jpg)
















