Dəb
Mütəxəssislərdən XƏBƏRDARLIQ - Bu geyimlər virusa yol açır
Mütəxəssislər koronavirus zamanı geyim seçiminə diqqət etməyi məsləhət görüb. Çünki parçanın xüsusiyyətləri yeni tip virusa təsir göstərir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, materialın sıxlığı nə qədər yüksək olsa, patogenin içəriyə daxil olması və insana çatması ehtimalı azalır.
Mikrobioloqlar pandemiya zamanı atlaz və tviddən olan paltarları geyinməyi məsləhət görüblər və qeyd ediblər ki, evə gəldikdən dərhal sonra onları dezinfeksiya etməyi unutmayın. Lakin məxmər və süni zamşa kimi parçadan olan paltarlar vəziyyət düzələnə qədər təxirə salınmalıdır, çünki belə parçalar mikroorqanizmləri özünə çəkə bilər. Plastik və metal bəzək elementləri bakteriyalar üçün əlverişli yer ola bilər, çünki virus onlarda iki günə qədər yaşamaq qabiliyyətinə malikdir.
“VetUnion” Moskva laboratoriyasının elmi-tədris şöbəsinin müdiri Sergey Konyayevin “İzvestiya”ya verdiyi məlumata görə, virus maska hazırlanan materialdan asanlıqla yapışır. Eyni zamanda, virus yumşaq parça içərisinə “yapışır” və “uça bilmir”.
Odur ki, evə qayıdan kimi paltarı dərhal dəyişmək və eyvanda saxlamaq tövsiyə olunur. Çünki ultrabənövşəyi şüalar dezinfeksiya mənbəyidir.
Virusun saçlara yapışa biləcəyini unutmayın. Buna görə papaq taxmaq tövsiyə olunur.
“Nəzəri cəhətdən, gözə və ya ağıza çirklənmiş saçın daxil olması infeksiyaya səbəb ola bilər, odur ki, çöldə gəzdiyiniz zaman onu yığmaq daha yaxşıdır”, - deyə Moskva Fizika və Texnologiya İnstitutunun biofizika dosenti, RAS Fizika və İqtisad İnstitutunun elmi işlər üzrə direktor müavini Oleq Batışev açıqlamasında qeyd edib.
Aytən Məftun
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək





















.jpg)


















